Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (28-06-2020, 05:51)
COVİD-19-a qarşı “Yol xəritəsi”: Bakının təşəbbüsü dəstəkləndi, İrəvan rüsvay oldu


 Bəşəriyyətin koronavirus mücadiləsi davam edir. Bu, tam doğru müqayisədir ki, insanlıq 2-ci Dünya savaşından sonra hələ belə böyük fəlakətlə, qorxunc virtual düşmənlə üzləşməyib. Problem həm də ondadır ki, COVİD-19 təkcə can almır, həm də ölkələrin yaşam potensialını sarsıdır, onların iqtisadiyyatına, bütövlükdə qlobal iqtisadiyyata ağır zərbələr vurur. İş yerləri kütləvi şəkildə bağlanır, insanların, ailə başçılarının gəlirləri azalır, zəruri ərzaq məhsullarına əlçatanlıq getdikcə çətinləşir.

Bu isə artıq əlahiddə bir dövlətin yox, bütün ölkələrin, bəşəriyyətin, özəlliklə də qabaqcıl, güclü ölkələrin problemidir və çevik tədbirlər alınmasını diktə edir. Qlobal humanitar fəlakətdən və iqtisadi böhrandan qaçmağın yeganə yolu isə ölkələrin vaxt itirmədən pandemiyaya qarşı birgə və effektli addımlar atması, “Yol xəritəsi” tapmasıdır, nəinki ayrı-ayrılıqda hərəkət eləməsi.      
 
Təəssüflər olsun ki, pandemiya elan edilməsindən 4 aya yaxın vaxt keçsə də, indiyədək bu yöndə BMT və onun əsas strukturları sayılan Baş Məclisinin və Təhlükəsizlik Şurasının rolu görünmür, dünyanın aparıcı dövlətləri pandemiyaya qarşı mübarizədə qlobal liderlik əvəzinə, faktiki, geosiyasi rəqabət və özünütəcridə köklənib. Böyük dövlətlər və beynəlxalq təşkilatlardan qlobal öncüllük gözlənilsə də, bu baş verməyib.

Lakin təqdirəlayiqdir ki, pandemiya başlayandan prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə müntəzəm surətdə zəruri təşəbbüslər irəli sürülür, əməli addımlar atılır, ümumi işə real töhfələr verilir. Azərbaycan dövləti bu yöndə öz potensialının yaratdığı imkanlardan artıq səylər göstəməkdədir ki, bu da istər Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), istərsə də ayrı-ayrı ölkələr tərəfindən yüksək qiymətləndirilməklə yanaşı, təqdir olunur və başqa ölkələrə örnək kimi göstərilir.

Rəsmi Bakı təşəbbüskarlıq işində yenə də ön sıradadır. Məlumdur ki, epidemiyanın ilk vaxtlarında Azərbaycanın təşəbbüsü ilə on-line formatında Türkdilli dövlətlərin sammiti keçirilib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda prezident İlham Əliyevin təşəbbüsü ilə bu təsisatın dövlət və hökumət başçıları səviyyəsində aprel ayında fövqəladə Zirvə Görüşü keçirilib. Qorxunc virusa qarşı bu ölkələrin birgə hərəkət planı müzakirə edilib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ilk beynəlxalq təşkilat idi ki, dövlət və hökumət başçıları səviyyəsində COVID-19-a qarşı mübarizə mövzusunda sammit keçirirdi.

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - XƏBƏRLƏR » Çıxışlar

Az sonra - 2020-ci il mayın 4-də, bu dəfə Qoşulmamaq Hərəkatının (QH) sədri kimi prezident İlham Əliyevin növbəti təşəbbüsü ilə QH-nin Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü təşkil edildi. Bəllidir ki, həmin tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı, BMT-nin baş katibi, BMT Baş Məclisinin prezidenti, ÜST-ün baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. Xatırladaq ki, 120 ölkəni birləşdirən QH BMT-dən sonra dünyanın ikinci ən böyük siyasi təsisatı sayılır.

Azərbaycan prezidenti artıq daha bir mühüm təşəbbüslə çıxış edib. QH-nin onlayn zirvə görüşündə çıxışı zamanı BMT Baş Məclisinin dövlət və hökumət başçıları səviyyəsində o, videokonfrans vasitəsilə COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürüb. Artıq təşəbbüsə dünyanın 130-dan çox dövlətindən dəstək gəlib. Söhbət Azərbaycanın sədrlik elədiyi və dünyanın, demək olar, bütün regionlarını əhatə edən Qoşulmamaq Hərəkatına üzv ölkələrdən gedir. Onların arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvləri də var. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT baş katibinə ünvanlanan məktublarda prezident İlham Əliyevinin BMT Baş Məclisinin xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır.  

Bu, sözsüz ki, ən əvvəl dünya dövlətlərinin Azərbaycana olan böyük etimadı və hörmətinin təzahürüdür. Ölkəmiz təkcə təşəbbüslərlə çıxış eləmir, eyni zamanda, özü də pandemiyanın yaratdığı iqtisadi-maliyyə çətinliklərinə rəğmən, digər ölkələrə köməkliklər göstərir. O sırada təqdiredicidir ki, işğalçı Ermənistan başqa dövlətlərdən, ÜST-dən, dünyadan kömək diləndiyi halda, Azərbaycan COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi ÜST-ə könüllü ianə ayırıb, 30-dan artıq dövlətə humanitar yardım göndərib. Bu, xalqımızın üstün xüsusiyyətlərinin, böyüklüyünün təzahürü olmaqla bərabər, həm də Azərbaycanın Cənubi Qafqazda lider dövlət olduğunun təsdiqidir.

https://azertag.az/files/galleryphoto/2020/2/1000x669/15924981722029744970_1000x669.jpg

Xatırladaq ki, BMT Nizamnaməsinə əsasən, BMT Baş Məclisi ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında baş katib tərəfindən çağırılır. Artıq Azərbaycan liderinin təklifi Nyu-Yorkda 120 QH üzvü ölkələri arasında yekdilliklə razılaşdırılıb və bunun ardınca QH-nin sədri prezident İlham Əliyev QH ölkələri adından BMT Baş Məclisinin dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb.
Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə baş katibin ofisini məlumatlandırıb. Demək, sessiya baş tutacaq.

Onu da qeyd edək ki, təşəbbüsə qarşı çıxış edən yeganə ölkə Ermənistan olub. Bu da işğalçı ölkənin antibəşəri, xəbis və irticaçı mahiyyətini bir daha ortaya qoyur. Beləcə, bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan bir yandan pandemiyaya qarşı hamıdan maddi dəstək umur, digər yandan isə qlobal xarakter daşıyan bir təşəbbüsə qarşı çıxır. Ermənistan beləcə, həm də dünya dövlətləri arasında özünü rüsvay etmiş oldu.

Bakı Xəbər - İctimai Siyasi Qəzet

Ancaq Azərbaycan atalar məsələndə deyildiyi kimi, “İt hürər, karvan keçər”. Yaxın günlərdə BMT baş katibi tərəfindən üzv dövlətlərə rəsmi qaydada məlumat verilməsi gözlənilir. Azərbaycan tərəfi ümid edir ki, xüsusi sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaq və uğurla yekunlaşacaq. Çünki xüsusi sessiyasının keçirilməsi artıq təkcə QH ölkələrinin deyil, BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilib və ortaq maraq kəsb edir.
Şübhə yox ki, BMT Baş Məclisinin xüsusi sessiyası pandemiya qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səfərbər olunmasına, bu qlobal təhdidə effektiv qlobal cavabın tapılması prosesinə mühüm töhfə verəcək. Ona da şübhə yox ki, İlham Əliyevin rəhbərliyi altında, QH-də sədrliyi dönəmində bundan sonra da dünya ölkələrinin ümumi təhdidlər qarşısında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcək.

“Yeni Müsavat”


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025