Cəmiyyət (3-06-2020, 15:55)
"COVID-19 infeksiyası yenidən arta bilər" - ÜST rəsmisi

Mediatv.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Kluge onlayn brifinq zamanı bildirib.
“Hazırda işlərin ilin əvvəlindən yaxşı olmadığını unutmamalıyıq. Əlimizdə əvvəlki kimi COVID-19-dan nə peyvənd dərmanı, nə də müalicə üsulu var”, - o deyib.
Onun fikrincə, bu virus bizimlə hələ uzun müddət, ən azı təhlükəsiz peyvənd dərmanı və ya müalicə üsulu tapılanadək qalacaq”.
Peyvənd dərmanının tapılmasına dair konkret tarix verə bilmədiyini söyləyən regional büro rəhbəri hazırda buna tezliklə nail olmaq üçün böyük səylər göstərildiyini, tədqiqatlara dünyada ən qabaqcıl elmi qurumların cəlb olunduğunu söyləyib:
“Peyvənd hazırlananadək biz xəstələri müalicə etməyin üsulları üzərində çalışırıq. Bütün ölkələrin yerli epidemiologiya şəraitini tam nəzərə alaraq mütəmadi surətdə izləməyə, görülən tədbirlərə daim düzəlişlər etməyə çağırıram. ÜST həmişəki kimi, ölkələrə lazımi dəstək verməyə hazırdır”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025