Sosial (21-04-2020, 21:26)
Prezident başçıya bu səyahətə görə töhmət verdi

Axar.az xəbər verir ki, Prezident bununla bağlı sərəncam imzalayıb.
Prezidentin başçıya töhmət verməsinin səbəbinin isə Nahid Bağırovun rәhbәrliyi ilә turizm sahəsi üzrə bir qrup sahibkarın Qalacıq kәndindә yerləşən Qovğadar dağına sәyahәti olub.
Yeni ekoturizm layihəsinin reallaşdırılması hündürlüyü 2214 metr olan dağın eyni adlı yaylağında nәzәrdә tutulur.
N.Bağırov yaylaqda haykinq marşrutunu şəxsən özü sınaqdan keçirib. Qrup haykinqə 1480 metr yüksəklidən başlayıb və 2030 metr yüksəkliyə qədər irəliləyib. Yaylaqda qlampinq tipli otelin də təşkili nəzərdə tutulur.
Bu, heç bir növ infrastrukturu olmayan və tam təbii mühitdən ibarət meşədə daşına bilən, düşərgə tipli, beşulduzlu sığınacaqdır.
“Həmin oteldən müxtəlif istiqamətlərdə haykinq marşrutların pasport layihəsi hazırlanır, GPS ilə coğrafi göstəriciləri müəyyən olunur. Yaylağın coğrafi movqeyi buradan Qəbələnin Laza, Qubanın Xınalıq və Haput kəndlərinə bu cür marşrutların təşkilini mümkün edir”, - rəsmi məlumatda bildirilir.
Yayılan fotolarda isə icra başçısının da qatıldığı səyahət zamanı karantin qaydalarına riayət edilmədiyi aydın olur.

Qeyd edək ki, 41 yaşlı Nahid Bağırov martın 6-da - bir ay yarım öncə icra başçısı təyin edilib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025