Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (7-04-2020, 13:00)
190 manat pulu almaq üçün ən asan yol – İzah

 Koronavirus pandemiyası ilə əlaqədar dövlətin hazırladığı sosial yardım proqramlarında işsizlər də nəzərə alınıb. Yardım proqramları çərçivəsində qeydiyyatda olan 200 min işsiz şəxs iki ay 190 manat birdəfəlik yardım alacaq və onların bu yardımı alması üçün təkrar Dövlət Məşğulluq Xidmətinə müraciət etmələrinə ehtiyac yoxdur. 
Lakin burada düşündürücü bir məqam var. Məlumdur ki, ölkədə qeydiyyatda olmasa da, işsiz olan çoxlu sayda insan var və karantin rejimi ilə əlaqədar onların sayı daha da artıb.
Bəs bu insanlar nə edəcək? Onlar bu yardımdan yararlana biləcəkmi?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Yenisabah.az saytına verdiyi açıqlamada bildirib ki, birdəfəlik ödəmə məşğulluq mərkəzlərində qeydiyyatda olan işsizlərlə yanaşı, xüsusi karantin rejiminin tətbiq edildiyi müddət ərzində müraciət edərək bu statusu alacaq şəxslərə də şamil olunacaq və onlar e-sosial.az saytı vasitəsilə Məşğulluq AS sistemində qeydiyyatdan keçib işsiz statusu almalıdırlar:
“Qanuna əsasən, işsiz şəxs işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Muzdla (əmək müqaviləsi ilə) işləyənlər, mülki-hüquqi xarakterli (xidməti) müqavilələrlə işləyənlər, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri, əyani təhsil alan tələbələr və b. məşğul şəxs sayıldığından işsiz kimi qeydiyyata alına bilməzlər. Ona görə də bu kateqoriyadan olan vətəndaşlar işsiz şəxs kimi qeydiyyata alınmaq üçün müraciət etməməlidirlər. Çünki kütləvi müraciətlər nəticəsində elektron sistemlər əlavə yüklənməyə məruz qalır, müraciətlərin emalında çətinliklər yaşanır.
İşsiz kimi qeydiyyata alınan şəxslərdən isə hazırda dövlətdən sosial ödəniş (ünvanlı sosial yardım, pensiya, təqaüd, müavinət və s.) alanlara birdəfəlik ödəmə verilməyəcək. Bu da ödəmənin məhz bu yardıma ehtiyacı olanlara ünvanlanması, pandemiya dövründə real olaraq zərərçəkən şəxslərə münasibətdə ədalətli yanaşmanı təmin etmək məqsədi daşıyır”.
Fazil Talıbov diqqətə çatdırıb ki, çoxsaylı müraciətlərlə bağlı elektron sistemdə yüklənmələrin artmaması və müraciətlərə baxılmasında növbəliliyin təmin olunması üçün yaxın saatlarda ölkənin şəhər və rayonları üzrə müraciət qrafiki açıqlanacaq. İşsiz statusuna uyğun gələn şəxslər qeydiyyatda olduqları rayon (şəhər) üzrə məhz həmin qrafikdə qeyd edilən tarixdə elektron qaydada müraciətlərini edə bilərlər.
Qeyd edək ki, Məşğulluq Mərkəzlərində pandemiya ilə əlaqədar olaraq vətəndaş qəbulları dayandırılıb, bu müraciətlər qəbul olunmur, ona görə də kriteriyalara uyğun olan şəxslər elektron müraciət etməyə məcburdurlar.
Elektron müraciət üçün isə ən asan və sadə yolu təqdim edirk:
1. www.e-sosial.az saytına daxil olun.
2. Əgər asan imza və ya elektron imzanız yoxdursa, onda istifadəçi Fərdi İdentifikasiya Nömrəsi (FİN) ilə daxil olmalısınız.
3. Onlayn qaydada İstifadəçi FİN-inin əldə olunması üçün “Qeydiyyatdan keçin” düyməsini seçərək şəxsiyyət vəsiqənizin FİN kodunu və adınıza olan mobil nömrənizi daxil edin.
4. Mobil telefonunuza gələn aktivasiya kodunu uyğun xanada yazıb, öz şifrənizi təyin etməklə qeydiyyatınızı tamamlayın.
5. İstifadəçi FİN ilə daxil olun, şifrənizi yığın və məşğulluq bölməsinə daxil olub, orda uyğun məlumatları yerləşdirin.


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025