Sosial / Redaktor seçimi (Dünən, 22:34)
Binəqədidə partlayış riski olan ərazidə nəhəng tikinti kimlərin himayəsi ilə aparılır?-FOTOLAR
Binəqədi rayonunda, Şah Abbas küçəsi ilə Dəyirman yolunun kəsişməsində, “777” tikinti malları mağazasının arxasında aparılan nəhəng tikinti artıq sadəcə şübhə doğurmur – bu, açıq-aşkar qanunsuzluqdur. Söhbət sıradan icazəsiz tikintidən yox, SOCAR-ın mühafizə zonasında, partlayış və ciddi ekoloji fəlakət riski olan ərazidə aparılan son dərəcə təhlükəli işlərdən gedir.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanladığımız rəsmi sorğuya cavab olaraq bildirilib ki, ərazi SOCAR-ın mühafizə zonası olduğuna görə aidiyyəti üzrə həmin quruma müraciət etməyimiz “tövsiyə olunur”. Lakin bu cavab faktiki olaraq məsuliyyətdən yayınmaqdan başqa bir şey deyil. Çünki qanunvericiliyə əsasən, rayon ərazisində aparılan istənilən tikinti işinə yerli icra hakimiyyəti də nəzarət etməlidir.
Daha da düşündürücü məqam odur ki, Şəhərsalma və Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinə və SOCAR-a Mediatv.az xəbər portalı adından ünvanladığımız sorğulardan 10 gündən artıq vaxt keçməsinə baxmayaraq, hələ də heç bir rəsmi cavab verilməyib. Bu müddət ərzində isə qanunsuz tikinti tam sürətlə davam edir.
Ortada ciddi suallar var:SOCAR-ın mühafizə zonasında bu tikintiyə kim icazə verib,partlayış təhlükəsi olan ərazidə aparılan işlərə FHN niyə müdaxilə etmir,şəhərsalma normaları və təhlükəsizlik qaydaları niyə açıq şəkildə tapdalanır?
Sözügedən ərazi üzrə isə Şəhərsalmanın məlumat bazasında heç bir qeyd yoxdur, bu da tikintinin qanunsuz aparıldığını açıq şəkildə təsdiqləyir.
Azərbaycan Respublikasının “Neft və qaz haqqında” Qanununa və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, neft-qaz obyektlərinin mühafizə zonalarında insanların həyat və sağlamlığı üçün təhlükə yaradan tikinti işlərinin aparılması qəti şəkildə qadağandır.
Ən təhlükəlisi isə odur ki, bu susqunluq sabah baş verə biləcək ağır faciənin zəminini yaradır. Qanunsuz tikintiyə “dur” deyən yoxdur, məsuliyyət daşımalı qurumlar isə ya susur, ya da müəyyən maraqlar daxilində vəziyyətdən yayınırlar.
Adı çəkilən qurumların cavab haqqını tanıyırıq.
Mediatv.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 02 2026
1 02 2026
1 02 2026
1 02 2026
1 02 2026
1 02 2026
1 02 2026
1 02 2026
1 02 2026
1 02 2026
1 02 2026
1 02 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
























