Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (Bu gün, 17:30)
Heydər Əliyev adına liseydə "Qiymət bazarı" və qanunsuzluqlar

 
Heydər Əliyev adını daşıyan nüfuzlu bir təhsil ocağının direktoru Sevinc Orucovanın adı ətrafında səngimək bilməyən qalmaqallar artıq yeni bir mərhələyə qədəm qoyub. Ortaya çıxan son iddialar və yayılan səs yazıları liseyin təhsil müəssisəsindən çox, şəxsi "biznes strukturuna" çevrildiyini sübut edir.

TEHSİL.MEDİA xəbər verir ki, əldə edilən səs yazılarından aydın olur ki, Sevinc Orucova müəllimlərə bütün 11-ci sinif şagirdlərinə yüksək qiymət yazmağı qəti şəkildə qadağan edib. Bu süni "qiymət qıtlığı"nın arxasında duran məqsəd isə olduqca rəzildir: Yüksək qiymət almaq istəyən şagird və valideyn mütləq direktorun "qəbuluna" getməlidir. Təhsilin keyfiyyəti deyil, direktorun şəxsi maraqları şagirdlərin illərlə çəkdiyi zəhmətin taleyini həll edir.

Liseydə daha bir qanunsuzluq mexanizmi davamiyyət üzərindən qurulub. Direktorun "sağ əli" və "qara kassası" hesab olunan Firuzə Məmmədovanın koordinasiya etdiyi bu sistemdə dərsə gəlməmək faktiki olaraq rəsmi rüşvət tarifinə bağlanıb.

Yuxarı sinif şagirdlərindən dərsə gəlməmək müqabilində 1500-2000 AZN məbləğində pul tələb olunur.

Bu məbləği ödəyə bilməyənlər isə saxta ittihamlarla şərlənir, qiymətləri qəsdən kəsilir və məktəbdən uzaqlaşdırılır.

Bundan əlavə, Sevinc Orucovanın səs yazısında qeyd olunur ki, "Məktəblinin dostu" və polislər davamiyyəti yoxlanılır, bütün 11-lərin davamiyyəti BƏRPA OLUNSUN VƏ PROBLEM YARATMASINLAR.

Tehsil.media bildirir ki, qanunsuzluqlar bununla da bitmir. Sevinc Orucovun rəhbərliyi altında liseydə hər bir addım vergiyə cəlb olunub.

Məktəbəqədər hazırlığa gələn uşaqların sayı dövlət orqanlarından gizlədilir, müəllimlərin yanına hazırlığa gələn hər bir şagird üçün isə 15-20 manat arası "pay" yığılır. Uşaq Birliyi rəhbəri Firuzə Məmmədovanın əli ilə həyata keçirilən bu yığım, faktiki olaraq müəllimləri və valideynləri istismar etməkdir.

Heydər Əliyev adına lisey kimi strateji əhəmiyyətli bir müəssisənin bu cür çirkin iddialarla gündəmə gəlməsi təhsil sistemimiz üçün utancvericidir. Sevinc Orucova və onun komandasının qurduğu bu "rüşvət piramidası" liseydən kütləvi şagird köçünə səbəb olub.

Aidiyyəti qurumların bu açıq qanunsuzluqlara, səsyazılarına və valideyn şikayətlərinə nə zaman reaksiya verəcəyi isə hələ də sual altındadır. Təhsil rüşvətin girovuna çevrilməməlidir!
шаблоны для dle 11.2

Xəbər lenti
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
28 01 2026
28 01 2026
28 01 2026
28 01 2026
28 01 2026
28 01 2026
28 01 2026
28 01 2026
28 01 2026