Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (Bu gün, 00:12)
Quba-Xaçmaz Regional Təhsil İdarəsində “imtahansız rəhbərlik” modeli –keçə bilməyənlər necə rəhbər olur?

 
Quba-Xaçmaz Regional Təhsil İdarəsində maraqlı, bir az da düşündürücü bir mənzərə yaranıb. Dövlət qulluğu vəzifəsi hesab olunan sektor müdirliyi postlarını tutan şəxslərin əhəmiyyətli hissəsi… dövlət qulluğundan keçməyib. Yəni nə müsabiqə, nə keçid balı, nə də Dövlət İmtahan Mərkəzinin verdiyi sertifikat var. Amma vəzifə var, kabinet var, səlahiyyət var.
 Halbuki mövcud qanunvericilik açıq deyir: regional təhsil idarələrinin tabeliyində olan sektor müdirləri vəzifələri vakansiyaya çıxarılmalı, DİM-in təşkil etdiyi dövlət qulluğu imtahanlarından uğurla keçmiş (minimum 65 bal) namizədlər arasında müsahibə yolu ilə təyinat aparılmalıdır. Kağız üzərində hər şey qaydasındadır. Reallıqda isə…
Quba-Xaçmaz Regional Təhsil İdarəsində bu qaydalar sanki “tövsiyə xarakterli” qəbul olunur. Hazırda aşağıdakı sektor müdirləri dövlət qulluğundan keçmədən, müqavilə əsasında dövlət qulluğu vəzifələrini icra edirlər:

İnzibati Təşkilat sektorunun müdiri – Fikrət Heybətov

Tədrisin Keyfiyyəti sektorunun müdiri – Aynurə Dadaşova

Maliyyə sektorunun müdiri – Aqil Ağayev

Quba təhsil sektorunun müdiri – Pərviz Nurməmmədov

Qusar təhsil sektorunun müdiri – Nairə Kliçova

Siyəzən təhsil sektorunun müdiri – Elşad Sultanov


Xüsusilə İnzibati Təşkilat sektorunun müdiri Fikrət Heybətovun adı bu siyahıda ayrıca diqqət çəkir. Məlumata görə, o, dəfələrlə dövlət qulluğu imtahanlarında iştirak etsə də, tələb olunan keçid balını – 65 balı – toplaya bilməyib. Amma nədənsə bu, onun region üzrə işə qəbul, kadr məsələləri və digər strateji qərarların verildiyi sektora rəhbərlik etməsinə mane olmayıb.
Bu yerdə istər-istəməz mərhum Habil Əliyevin məşhur sözü yada düşür. Deyilənə görə, bir musiqiçi ona yaxınlaşıb mükafat aldığını deyəndə, Habil müəllim belə cavab verib:
“Yaxşı, tutaq ki, verdilər. Bəs sənin abrın yoxdur? Utanmadın o mükafatı alanda?”

Sual yerindədir. Diaqnostik qiymətləndirmədə ixtisası üzrə cəmi 13 bal toplamış bir kadrın region üçün strateji əhəmiyyət daşıyan vəzifəyə gətirilməsi zamanı hansı meyarlar əsas götürülüb? Bilik, bacarıq və nəticə deyilsə, bəs nə?
İşin ironik tərəfi isə budur: Quba-Xaçmaz Regional Təhsil İdarəsində sektor müdirlərinin əksəriyyəti dövlət qulluğundan keçə bilmədiyi halda, həmin sektorların əməkdaşlarının demək olar ki, hamısı dövlət qulluğu imtahanlarından keçmiş şəxslərdir. Yəni imtahanı keçə bilməyən rəhbərlik edir, imtahanı keçən tabeliyində işləyir.
Bu halda təbii sual yaranır:
Dövlət qulluğundan keçə bilməyən şəxslərin dövlət qulluğundan keçmiş əməkdaşlara rəhbərlik etməsi nə dərəcədə ədalətli və qanunauyğundur?
Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinə rəsmi sorğu göndərsək də, indiyədək hər hansı açıqlama verilməyib. Sükut isə sualları azaltmır, əksinə, daha da artırır.
Görünür, Quba-Xaçmaz Regional Təhsil İdarəsində dövlət qulluğu imtahanı bəziləri üçün keçilməli mərhələ, bəziləri üçün isə sadəcə statistika olaraq qalır.(Bakunews.az)
Mövzunu diqqətdə saxlayacağıq.
шаблоны для dle 11.2

Xəbər lenti
31 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026