Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Redaktor seçimi (Dünən, 23:00)
Xəlil Göyüşovun oğlunun klinikasında yoxlama - "Vest Hospital" cərimələndi + FOTO

 
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi "Vest Hospital"da yoxlama aparıb.
Mediatv.az  “Qaynarinfo”-ya istinadən xəbər verir ki, "Vest Hospital" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) aparılan yoxlama zamanı pozuntular aşkarlanıb.
Belə ki, ümumi cərrahların plastik cərrahiyyə ixtisası üzrə sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb fəaliyyətinə buraxılması faktı aşkar edilib. Həmçinin müəssisədə tibbi qeydiyyat sənədləri Səhiyyə Nazirliyinin təsdiq etdiyi formalarla aparılsa da, qaydaların tələbləri qismən təmin olunmayıb.
"Vest Hospital" MMC-nin qanuni təmsilçisi Göyüşov Ramin Xəlil oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi (qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək, hüquqi şəxslər isə altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir) ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb.
 
Ramin Göyüşovun nümayəndəsi məhkəmədə iş üzrə icraata xitam verilməsini xahiş edib. O, məhkəmədən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən növbədənkənar yoxlamanın qanunsuz təyin edildiyini, pozuntu halları olduğu üçün bu yoxlama nəticəsində əldə edilmiş bütün sübutların (protokol və aktın) qanunsuz və əsassız hesab olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini istəyib
 
Səhiyyə Nazirliyinin nümayəndələri isə bildiriblər ki, 2023-cü ildən "Vest Hospital" MMC-də tibb işləri üzrə direktor müavini işləyən ümumi cərrah Rəşid Əliyev və digərləri sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb fəaliyyəti ilə məşğul olublar. Qeyd edilib ki, həkim ümumi cərrah kimi fəaliyyət göstərməsinə baxmayaraq, əvvəldən etibar qazandığı pasiyentlərinə plastik cərrah kimi də xidmət göstərib.
 
Məhkəmənin qərarı ilə "Vest Hospital" MMC-nin qanuni təmsilçisi Ramin Göyüşov İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 6 000 manat məbləğində cərimə edilib.
 шаблоны для dle 11.2

Xəbər lenti
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
28 01 2026
28 01 2026
28 01 2026
28 01 2026
28 01 2026
28 01 2026
28 01 2026