Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (Bu gün, 18:36)
SERTİFİKATSIZ HƏKİM,CAVABSIZ ÖLÜM VƏ SUSAN QURUMLAR

 
Ötən ilin 15 avqust tarixində Bakıda fəaliyyət göstərən “Etalon” hospitalda baş verən hadisə cəmiyyətdə ciddi suallar doğurur. Məlumata görə, 1989-cu il təvəllüdlü, tanınmış psixoloq Nilufər Abdulla Səhiyyə Nazirliyi tərəfindən sertifikatı ləğv edilmiş həkim Seymur Məmmədov tərəfindən plastik cərrahiyyə əməliyyatına cəlb olunub. Əməliyyatdan sonra pasiyentin vəziyyəti ağırlaşıb və nəticədə o, vəfat edib.Faciənin ən ağrılı tərəfi isə odur ki, Nilufər Abdulla arxasında 3 azyaşlı uşaq qoyub.
   Sertifikatı ləğv olunmuş şəxsin əməliyyat aparması – qanun pozuntusu deyilmi? Mediatv.az xəbər verir ki,Azərbaycan Respublikasının “Əhalinin sağlamlığının qorunması haqqında” Qanununun 46-cı maddəsinə əsasən: Tibb fəaliyyəti yalnız müvafiq ali tibbi təhsilə, ixtisasa və dövlət tərəfindən verilmiş sertifikata malik şəxslər tərəfindən həyata keçirilə bilər. Eyni zamanda, Nazirlər Kabinetinin qərarları və Səhiyyə Nazirliyinin normativ aktları açıq şəkildə göstərir ki, sertifikatı ləğv edilmiş həkimin tibbi fəaliyyət göstərməsi qadağandır.

 
   Bu halda haqlı sual yaranır: Sertifikatı ləğv edilmiş şəxs necə və hansı əsasla əməliyyat aparıb? “Etalon” hospital rəhbərliyi bu faktı bilə-bilə niyə müdaxilə etməyib? Özəl Klinikalara Səhiyyə Nazirliyi tərəfindən nəzarət mexanizmi mövcuddurmu? 
 
Məhkəmə-Tibbi Ekspertizası: Qanun nə deyir, qurum nə edir?
Mərhumun atası Mahir Abdullayev redaksiyamıza zəng edərək Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin apardığı araşdırmadan narazı olduğunu bildirib. Onun sözlərinə görə, qurum qızının ölüm səbəbini aydın və konkret şəkildə göstərməkdən yayınır. Araşdırma prosesində şəffaflıq təmin edilmir.Araşdırma formallığa çevrilib.Halbuki Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 268-ci maddəsinə əsasən, məhkəmə-tibbi ekspertiza ölümün səbəbini, mexanizmini və tibbi müdaxilənin nəticələrini tam, obyektiv, əsaslandırılmış və açıq şəkildə göstərməlidir. Bundan əlavə, “Vətəndaşların müraciətləri haqqında” Qanuna görə dövlət qurumları vətəndaşa əsaslandırılmış və rəsmi cavab verməyə borcludur.Ekspertiza ölüm səbəbini gizlədirsə, bu artıq vəzifə səhlənkarlığıdır,ədalət mühakiməsinə maneədir,cinayətin ört-basdır edilməsi cəhdidir.
 Əgər araşdırma zamanı müəyyən edilərsə ki, sertifikatsız həkim əməliyyat aparıb,tibbi protokollar pozulub,pasiyentin ölümü həkimin səhlənkarlığı nəticəsində baş verib,bu zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314-cü maddəsi (səhlənkarlıq) və 139-cu maddəsi (ehtiyatsızlıqdan adam öldürmə) tətbiq oluna bilər.
 Ailə cavab gözləyir və Mahir Abdullayev bildirir ki, rəsmi cavab əldə etdikdən sonra yaxın günlərdə geniş ictimai açıqlama verəcək.
Bu hadisə təkcə bir ailənin faciəsi deyil. Bu səhiyyə sistemində nəzarətsizliyin, özəl klinikalarda məsuliyyətsizliyin,sertifikat mexanizminin formal xarakter daşımasının,acı nəticəsidir.
 Məsələni diqqətdə saxlayırıq.
Mediatv.az


шаблоны для dle 11.2

Xəbər lenti
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
28 01 2026
28 01 2026
28 01 2026
28 01 2026
28 01 2026
28 01 2026
28 01 2026
28 01 2026
28 01 2026