Karusel (Bu gün, 16:31)
SOCAR ərazisində qanunsuz tikintiyə: Binəqədi icra hakimiyyəti göz yumur – VİDEO
2 dəfə sökülüb, 3-cü dəfə tikilir – Binəqədidə işləyən neft quyusunun üstündə qanunsuz obyekt inşa olunur
Bakı şəhərinin Binəqədi rayonunda, Şah Abbas küçəsiylə Dəyirman yolunun kəsişməsindəki “777” tikinti malları mağazasının arxasında qanunsuz nəhəng tikinti işi aparılır. Ona görə qanunsuzdur ki, sözügedən ərazi Dövlət Neft Şirkətinin balansındadır və obyekt fəaliyyətdə olan neft quyusunun bir neçə metrliyində inşa olunur.
Bildirilir ki, məhz qanunsuz olması ilə əlaqədar tikinti 2 dəfə sökdürülüb, amma bununla belə yenə işlər bərpa olunub. Həm də sözügedən obyektin inşa işləri həftənin şənbə və bazar günləri həyata keçirilir.
Obyektlə bağlı əldə etdiyimiz məlumat təxmin etməyə əsas verir ki, əgər 2 dəfə söküləndən sonra sahibkar öz sevdasından əl birdəfəlik çəkməyibsə, demək, hər dəfə ona ümid verib, “əşi, boş şeydir, bir az ara sakitləşsin, yenə qaldırarsan” – deyən məmur olub. Hələ üstəlik, tövsiyə də verib - ustaları ara günlər deyil, məhz qeyri-iş günləri işlətsin ki, jurnalistlər zəng vurub onu və onun kimi başqa nəzarətçi məmurları dəng eləməsinlər.
Görünən odur ki, Binəqədi rayonunda qanunsuz tikililərin baş alıb getməsi barədə döyülən “həyəcan təbilini” de-fakto torpaq maqnatları - Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev və ARDNŞ prezidenti Rövşən Nəcəf eşitmirlər. Çünki bu vəzifəli şəxslərin tabeliyində işləyən funksionerlər həmin qanunsuz tikilinin davam etdirilməsindən yaxşı xəbərdardırlar.
Tikinti yerində qeydə aldığımız video-görüntüləri başda cənab Elxan Allahverdiyev olmaqla cavabdeh məmurlara göndərmişik. Cavabları ləngiyir.
Nyus.Az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026

























