Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (Bu gün, 16:29)
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri BU MADDƏLƏRLƏ İTTİHAM OLUNUR

 
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və daha iki əməkdaş saxlanılıb.
"DİA-AZ" xəbər verir ki, Ceyhun Məzahir oğlu Salmanov, Elşad Məhərrəm oğlu Məhərrəmov və Natiq Eldəniz oğlu Əliyev tutulub.
Qeyd edək ki, Baş Prokurorluq "Qurtuluş" Reabilitasiya Mərkəzində aşkar edilmiş qanun pozuntuları ilə bağlı bir müddət əvvəl məlumat yayıb.
Məlumatda bildirilirdi ki, "Qurtuluş" Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciətləri əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılıb.
Araşdırma nəticəsində toplanmış ilkin dəlillər əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb.
Lakin cinayət işinin həmin hadisə ilə əlaqəsi yoxdur. Şikayət prokurorluğa ötən ilin dekabr ayında daxil olub.
***
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və daha iki əməkdaşa elan olunan ittiham məlum olub.
Məlumata görə, onlar Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 133-cü (əzab vermə), 144-cü (adam oğurluğu), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri üzrə ittiham edilir.шаблоны для dle 11.2

Xəbər lenti
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026