Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Dünən, 13:56)
Xətai rayonunda yeni “sənədsiz” obyekt kimə məxsusdur? – Qurumlar niyə susur?

 Bakının Xətai rayonunda növbəti qanunsuz tikinti qeydə alınıb.

Bizimesr.az bildirir ki, bu dəfə söhbət rayonun Qədir Məmmədov küçəsində aparılan, təxminən 1000 kvadrat metr sahəni əhatə edən sənədsiz obyektdən gedir.

Redaksiyamıza daxil olan məlumata görə, sözügedən ərazidə avtomobil və piyada yolu zəbt edilib, sakinlərin istifadəsində olan sahə faktiki olaraq tikinti meydançasına çevrilib. Ərazidə əvvəllər yaşıllıq zolağının mövcud olduğunu bildirən sakinlər iddia edirlər ki, ağaclar gecə saatlarında traktor vasitəsilə çıxarılıb.

Məlumata əsasən, obyektin arxa hissəsində artıq qazıntı işlərinə başlanılıb, tikinti materialları əraziyə yeni gətirilib. Fotolardan da göründüyü kimi, tikinti prosesi sürətlə davam edir. Sakinlərin sözlərinə görə, tikinti heç bir rəsmi icazə və sənəd olmadan aparılır.

 Daha diqqətçəkən məqam isə odur ki, iddialara əsasən, obyektin sahibi vəzifəli şəxsdir. Məhz bu səbəbdən məsələ ilə bağlı aidiyyəti qurumların susduğu bildirilir.

Məsələni aydınlaşdırmaq üçün Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Lakin qurumdan həmişəki kimi, cavab almaq mümkün olmadı.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də məsələ ilə bağlı hər hansı açıqlama vermir. Eyni şəkildə, Bakı Şəhər İcra Hakimiyyəti də qanunsuz tikinti iddialarına münasibət bildirməkdən yayınır.

 Maraqlıdır ki, bu qədər açıq qanunsuzluğa baxmayaraq, qurumlar niyə susur? Sənədsiz tikilən bu obyektin sahibi kimdir ki, dövlət strukturları məsuliyyətdən yayınır?

Qeyd edək ki, mövzu ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Məsələni diqqətdə saxlayacağıq.
 шаблоны для dle 11.2

Xəbər lenti
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
5 01 2026
5 01 2026
5 01 2026