Karusel / Redaktor seçimi (Bu gün, 20:08)
AQRAR SAHƏ HÜQUQŞÜNASA ƏMANƏT EDİLƏ BİLƏRMİ ?
Bu gün Kənd Təsərrüfatı Nazirliyində diqqətçəkən kadr dəyişikliyi baş verib. Nazir müavini Sarvan Cəfərov vəzifəsindən azad edilib.İşdən çıxarılan Sarvan Cəfərov aqrar təhsilə və kənd təsərrüfatı sahəsində ixtisaslaşmış peşəkar keçmişə malik olmayıb.Qeyd edək ki,Azərbaycan Respublikasında son illər dövlət idarəçiliyində kadr islahatlarının aparıldığı, peşəkarlıq və sahə uyğunluğunun əsas meyar kimi götürüldüyü dəfələrlə bəyan edilib.
Bəs eyni profilli digər müavinlər aqrar təhsilə MALİKDİRLƏRMİ?
Söhbət İlhamə Qədimovanın 2018-ci il 24 sentyabrda Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin olunmasından gedir.
İlhamə Qədimovanın təhsil və əmək fəaliyyəti ilə tanış olduqda aydın görünür ki, onun bütün peşəkar formalaşması tamamilə hüquq sahəsi üzərində qurulub.Ankara və Mərmərə Universitetlərinin Hüquq fakültələrində bakalavr,Mərmərə Universitetində dövlət hüququ üzrə magistr və doktorantura,Hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi,11 il özəl sektorda hüquqşünas və hüquqi konsultant fəaliyyəti,Dövlət Qulluğu Komissiyasında hüquq üzrə mütəxəssis və baş məsləhətçi,ASAN Xidmətdə hüquqi aktların ekspertizası və hüquqi təminat sahələrində rəhbər vəzifələr.
Bu faktların heç birində aqrar sahə, kənd təsərrüfatı, torpaq münasibətləri, aqrar iqtisadiyyat və ya fermer təsərrüfatları ilə bağlı ixtisaslaşma yer almır. Bəs görəsən Kənd təsərrüfatı kimi strateji, mürəkkəb və elmi-praktik bilik tələb edən sahəyə aqrar təhsili və sektoral təcrübəsi olmayan bir şəxs hansı meyarlarla rəhbərlik edə bilər?
Belə bir şəraitdə nazir müavini postunda çalışan şəxsin aqrar elmi biliklərə, sahə təcrübəsinə və kənd təsərrüfatının daxili mexanizmlərinə bələdliyi əsas şərt olmalı deyilmi?Kənd təsərrüfatı hüquqi sənədlərlə deyil, torpaqla, məhsulla, fermerlə, real istehsalla idarə olunur. Bu sahəyə rəhbərlik edən şəxsin isə ilk növbədə aqrar biliklərə sahib olması cəmiyyətin legitim gözləntisidir.
Mediatv.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
27 01 2026
27 01 2026
27 01 2026
26 01 2026
26 01 2026
26 01 2026


























