Karusel / Redaktor seçimi (Bu gün, 10:33)
Neft buruqları ilə üz-üzə: Binəqədidə ev tikintisi hansı riskləri yaradır?-FOTOLAR
Binəqədi–Novxanı yolunda, ictimaiyyət arasında “dəyirman yolu” kimi tanınan ərazidə aparılan tikinti işləri ciddi suallar və narahatlıqlar doğurur. Redaksiyamıza daxil olan məlumatlara görə, sözügedən ərazidə həyata keçirilən tikinti prosesində şəhərsalma və tikinti normalarının faktiki olaraq heç birinə əməl edilmir.Ən təhlükəli məqam isə ondan ibarətdir ki, bu tikintilər işlək neft buruqlarının bilavasitə yaxınlığında aparılır.
Aparılan tikinti sadəcə qanunsuz tikinti deyil,bu dövlətin şəhərsalma, təhlükəsizlik və ekoloji siyasətinə meydan oxuyan açıq cinayət faktıdır.İşlək neft buruqlarının, partlayış və yanğın riski yüksək olan sənaye obyektlərinin bir neçə metrliyində yaşayış evləri inşa olunur. Nə sanitar-mühafizə zonası nəzərə alınır, nə təhlükəsizlik məsafəsi, nə də insan həyatı. Bu evlər sənədsiz şəkildə tikilir, daha sonra isə maklerlər vasitəsilə sıravi vətəndaşlara satılır. İnsanlara açıq şəkildə ölüm riski olan torpaq sahələri “yaşayış üçün əlverişli” adı altında sırınır.Bu, artıq fırıldaqçılıqdır, bu, ictimai təhlükəsizliyə qəsddir, bu, vətəndaşların həyatının bilərəkdən risk altına atılmasıdır.Mediatv.az xəbər verir ki,Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə görə sənaye təyinatlı obyektlərin, xüsusən neft hasilatı aparılan ərazilərin ətrafında yaşayış tikintisi qəti qadağandır. Bu qadağa kağız üzərində qalır, çünki faktiki olaraq dövlət qurumları ərazidə tam nəzarətsizliyə şərait yaradıblar.Bu qanunsuzluğa kim himayədarlıq edir? Belə miqyaslı və sistemli qanunsuzluq yalnız məmur himayəsi olmadan aparılması mümkün deyil.
Binəqədi Rayon İcra Hakimiyyəti bu ərazidə baş verənlərdən xəbərsizdirmi?
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sanitar-mühafizə zonasında tikintini görmürmü?Fövqəladə Hallar Nazirliyi partlayış təhlükəsi olan ərazidə evlərin inşa edilməsinə niyə susur?
Susmaq isə məsuliyyətsizlik deyil, şəriklikdir.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Mediatv.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
Plastik cərrah kimi fəliyyətinə rəsmən icazə verilməyən Nurlan Həsənli yenidən İŞ BAŞINDA – FOTOFAKT
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026


























