Sosial (Bu gün, 12:31)
"BEAUTY DERM” Mərkəzində Esmira İbrahimova necə qanunsuz estetik əməliyyatlar edir?

Bakıda fəaliyyət göstərən “BEAUTY DERM” Estetik Mərkəzi və özünü plastik-estetik cərrah kimi təqdim edən Esmira İbrahimovanın fəaliyyəti ilə bağlı ortaya çıxan faktlar artıq tək-tək iddialar yox, ciddi sistem problemini üzə çıxarır.
Pasiyent şikayətləri, media materialları, foto və video sübutlar, eləcə də Səhiyyə Nazirliyinin rəsmi cavabları fonunda əsas sual açıq qalır - niyə bu indiyədək “BEAUTY DERM” Estetik Mərkəzində real yoxlama aparılmayıb?
Rəsmi cavab nə deyir?
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi rəsmi cavabında bildirir ki, plastik cərrahiyyə əməliyyatları aparmaq hüququ yalnız Nazirliyin Xüsusi Təftiş Komissiyası tərəfindən təsdiqlənmiş plastik cərrahlar siyahısında (17.04.2025) adı olan şəxslərə məxsusdur.
Açıq şəkildə qeyd olunur ki, bu siyahıya daxil olmayan şəxslərin plastik cərrahiyyə fəaliyyəti qanunvericiliyin pozulması hesab edilir və belə hallarla bağlı qanuna uyğun tədbirlər görülməlidir.
Esmira İbrahimli bu siyahıdadırmı? Rəsmi məlumata görə Esmira İbrahimovanın Səhiyyə Nazirliyinin təsdiq etdiyi siyahıda adı yoxdur.
Eyni zamanda Səhiyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin açıqlamasında bildirir ki, aparılan araşdırma zamanı Esmira İbrahimovanın “Vahid Səhiyyə İnformasiya Sistemi”ndə tibb işçisi kimi qeydiyyatda olmadığı müəyyən edilib. Bu fakt artıq mübahisə predmeti deyil, rəsmi şəkildə təsdiqlənmiş haldır.
Buna baxmayaraq nə baş verir?
Şikayətçilərin iddialarına görə, cərrahi xarakterli boğazgərmə (boyun gərmə), üzgərmə, estetik əməliyyatlar, kosemtik prosedurlar aparılıb. Əməliyyat kliniki şəraiti şübhə doğuran “BEAUTY DERM” Estetik Mərkəzində icra olunub. Pasiyentin sağlamlığına ciddi zərər dəyib: uzunmüddətli ağrılar, kəsik izləri,
üz asimmetriyası, nitq pozuntusu yaranıb. Ödəniş edilib, lakin nəticələrə görə məsuliyyət qəbul edilməyib. Burada söhbət artıq estetik narazılıqdan yox, sağlamlığa zərər vurulması ehtimalından gedir.
Analitik Ekspertiza Mərkəzinin daha bir diqqətçəkən açıqlaması isə budur - “BEAUTY DERM” Estetik Mərkəzinin hansı sahibkarlıq subyektinə məxsus olması barədə rəsmi məlumat yoxdur.
Bu halda haqlı sual yaranır, Hüquqi statusu tam bəlli olmayan bir müəssisədə necə cərrahi əməliyyat aparıla bilər? Bu müəssisəyə kim və hansı əsasla fəaliyyət imkanı yaradıb?
“Şikayət edin” deməklə məsuliyyət bitirmi?
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bildirir ki, yoxlamalar yalnız ödəniş qəbzləri, tibbi sənədlər və digər təsdiqedici materiallarla müşayiət olunan rəsmi müraciətlər əsasında aparılır.
Lakin ortada nə var - Media tərəfindən yayımlanmış video və foto sübutlar, bir neçə pasiyentin aidiyyatı qurumlara rəsmi şikayəti, tibb işçisi kimi qeydiyyatın olmaması faktı, qanun pozuntusunu təsdiqləyən rəsmi cavab. Bu qədər fakt fonunda dövlət qurumunun öz təşəbbüsü ilə yoxlama aparmaması cəmiyyətdə ciddi suallar yaradır.
Bildirilir ki, hüquq-mühafizə orqanlarında Esmira İbrahimova ilə bağlı araşdırma aparılır. Lakin, heç bir nəticə açıqlanmayıb. Nə inzibati, nə də cinayət məsuliyyəti ilə bağlı ictimaiyyətə məlumat verilməyib. Üstəlik iddialara baxmayaraq, fəaliyyətin davam etdiyi deyilir.
Kimdir bu qanunlardan üstün olan şəxs və ya mexanizm ki, Esmira İbrahimoavanı və “BEAUTY DERM” Estetik Mərkəzi bu qədər faktlara baxmayaraq toxunulmaz qalır?
Ortaya çıxan faktlar göstərir ki, burada tək bir şəxsin fəaliyyəti yox, nəzarətsizlik, passivlik və məsuliyyətsizlik problemi var. Qanun açıqdır, siyahı mövcuddur, faktlar təsdiqlənib. Amma nəticə yoxdur. Şikayətlərlə bağlı “BEAUTY DERM” Estetik Mərkəzinin rəhbərliyi və Esmira İbrahimova açıqlama verməkdən imtina ediblər.
Xəbərdə adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 02 2026
1 02 2026
1 02 2026
1 02 2026
1 02 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
























