Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (Dünən, 20:56)
Yasamalda növbəti qanunsuz tikinti – Video

 


Yasamal rayonunda qanunsuz tikinti işləri davam etməkdədir. Sakinlərin narazılığına səbəb olan belə tikintilərdən biri də Mirəli Seyidov küçəsi 165 ünvanında qeydə alınıb.

Mediatv.az Tribunainfo.az-a istinadən  xəbər verir ki, sözügedən ünvanda qanunsuz tikinti ilə bağlı son günlərdə sosial mediada məlumatlar yayılıb. Məlumatlara görə, bu ünvanda icazəsiz tikinti işləri aparılır və yerli icra hakimiyyəti bu vəziyyətə müdaxilə etmir.

Sakinlər bildirib ki, binaya yaxın ərazidə aparılan tikintinin əlindən evdə oturmaq mümkün deyil:

“Bu tikinti yığıb bizi boğaza. Səsdən oturmaq mümkün deyil evdə. Havalar istidir deyə pəncərələri açmaq istəyirik, onda da evi toz-torpaq basır. Nə qədər olar səs-küy. Nə gündüz dayanırlar, nə gecə”.

Sakinlər iddia edir ki, Yasamal rayon İcra Hakimiyyəti, İH başçısı Elşad Həsənov bu qanunsuz tikilinin qarşısını almır.

Yaşayış yerlərinə çox yaxın, binanın həyətində ucaldılmaqda olan tikili uzun müddətdir ki, narazılıq yaradır. Vətəndaşlar aidiyyəti qurumlara, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək vəziyyətin araşdırılmasını tələb edirlər. Ancaq bütün narazılıqlara, aidiyyəti qurumlara edilən müraciətlərə baxmayaraq tikinti davam etdirilir.

Qeyd edək ki, Yasamal rayonunda bu kimi qanunsuz tikintilər tez-tez baş verir.

Yazıda adı keçən bütün tərəfləri dinləməyə hazırıq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025