Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (Bu gün, 17:26)
Pakistanda bir gündə 12 terror aktı - 58 silahlı məhv edildi

 
Pakistanın Bəlucistan əyalətində “Bəlucistan Azadlıq Ordusu” (BLA) separatçı qruplaşması tərəfindən həyata keçirilən genişmiqyaslı terror aktları nəticəsində gərginlik pik həddə çatıb.
“Qafqazinfo” “The Pakistan Times”a istinadla xəbər verir ki, yanvarın 31-i səhər saatlarından etibarən əyalətin 12 fərqli nöqtəsində, o cümlədən əyalətin paytaxtı Kvetta, Mastunq, Qvadar, Pasni və Turbat şəhərlərində hücumlar qeydə alınıb.
Hadisələr zamanı azı 10 təhlükəsizlik əməkdaşı və 5 mülki şəxs (o cümlədən qadın və uşaqlar) həlak olub. Mastunq rayonunda terrorçuların həbsxanaya hücum edərək 30-dan çox məhbusu qaçırdığı bildirilir.
Bəlucistanın Baş naziri Sərfraz Buqti əməliyyatların gedişi ilə bağlı mühüm rəqəmləri açıqlayıb:
“Son 24 saat ərzində 58 silahlı məhv edilib, ümumilikdə isə son iki gündə keçirilən əməliyyatlarda öldürülən terrorçuların sayı 70-ə çatıb.
Baş nazir sözügedən hücumların arxasında Hindistanın dayandığını və terrorçuların xaricdən dəstəkləndiyini iddia edib.
Qeyd edək ki, Hücumlar nəticəsində dəmir yolu xətləri zədələnib, Bəlucistanla ölkənin digər hissələri arasında qatarların hərəkəti dayandırılıb. Eyni zamanda bölgədə mobil rabitə və internet xidmətlərində ciddi kəsintilər yaranıb.шаблоны для dle 11.2

Xəbər lenti
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
29 01 2026