Sosial (12-10-2024, 09:15)
Dövlətə borc yükləmək: "Azəristiliktəchizat", "Su Ehtiyatları Agentliyi", "ADY"
Daha bir dövlət şirkətinin zərərlə işlədiyi məlum olub. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” ilin ilk yarısını 17 milyon manata yaxın zərərlə başa vurub. Dövlət şirkəti iyula qədər cəmi 202 milyon manat gəlir əldə edib. Keçən ilin eyni dövrü ilə müqayisədə xeyli azdır. Konkret yazsaq, 75 milyon manat azalma var.
Bizimyol.info xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” əməliyyatlardan mənfəət əldə etməyi bacarıb. Amma xərclərin çox artması ümumi zərər yaranmasına səbəb olub.
Qapalı səhmdar cəmiyyətinin maliyyə hesabatında aktivlərin artması xüsusi qeyd edilib. Cəmi kapitalın 200 milyon manatdan çox artımı da ayrıca vurğulanıb. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə demək istəyirlər ki, hər şey qaydasındadır, sadəcə, bir az zərər olub. Halbuki məhz hər şeyin qaydasında olmaması görünür. İşçilərin sayının azalması da buna nümunə ola bilər.
Ümumiyyətlə, dövlət şirkətlərində zərərlə işləmək şakəri var. İndi Dövlət Su Ehtiyatları Agentliyi adlanan “Azərsu” nə vaxt baxırsansa, zərərlə işləyir. Xarici borclanmada bu qurumun xüsusi rolu olur. Kreditlər bir-birinin ardınca götürülür. Amma zərərlə işləmək tendensiyası aradan qaldırılmır.
“Azəristiliktəchizat” da eyni gündədir. Keçən il öhdəlik yerinə yetirilməmişdi, zərər 108 milyon manatı keçmişdi. Bu qurumda aktivlərin artması ilə qürrələnir. Lakin hər il geriləmə müşahidə edilir.
Dövlət şirkətləri niyə bu qədər zərərlə işləyir?
Sanki işlər dotasiyaya hesablanır. Mənfəət əldə etmək prioritet sayılmır. Ekspertlər daha çox xərclərin düzgün idarə edilməməsini qabardır. Hesab olunur ki, bir çox hallarda xərclər şişirdilir. Bu halda, zərərlə işləməmək mümkün deyil.
Hər şeydən əvvəl nəzarət gücləndirilməlidir. Baxılmalıdır ki, xərclər nə qədərdir və hara hansı həcmdə vəsait sərf olunur. Yoxsa tendensiya davam edəcək. Ciddi nəzarət olmadığı müddət ərzində dövlət şirkətlərinin büdcəyə yük olmasından başqa "mənzərə" görməyəcəyik.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024