Sosial (9-10-2024, 16:47)
Elm və Təhsil Nazirliyi 20 manatlıq şirkətə 7 milyonluq tender verdi
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təhcizat İdarəsi daha bir tenderini reallaşdırmağa hazırlaşır. Tribunainfo.az xəbər verir ki, nazirlik bununla bağlı tenderin nəticəsini açıqlayıb.
Həmin məlumatlara görə, sözügedən idarə respublikanın bir sıra məktəbəqədər təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin satınalınmasını “Fərid” Firmasına həvalə edib. Bununla əlaqədar tərəflər arasında 7.255.232,45 manatlıq satınalma müqaviləsi imzalanıb.
Açıq mənbələrdən belə görünür ki, “Fərid” dirması Təhsizl Nazilriyinə yad şirkət deyil. Çünki Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ötən ilin dekabrıda da “Respublikanın bir sıra təhsil müəssisələrinin təmiri, kommunal-kommunikasiya və abadlıq işlərinin satınalınması” prosesini həmin firma ilə həyata keçirib. Həmin vaxt şirkətlə 1 826 877 manat məbləğində müqavilə imzalanıb.
Amma bu firmanın səsi Şuşadan da gəlib. Məlum olub ki, Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyəti “90 çarpayılıq Şuşa Rayon Mərkəzi Xəstəxanasının tikintisi (II mərhələ)” tenderini də “Fərid”ə verib. Bunun üçün isə 21 424 488 manat pul ayırıb.
Qeyd edək ki, Fərid İnşaat Firması 1998-ci ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Sübhan Həsənov Ələsgər oğludur. Hüquqi ünvanı AZ0900, Bərdə Rayonu, Bərdə Şəhəri, Nizami, ev 6/33 ünvanında yerləşir.
Şirkətin rəsmi saytında qeyd edilir ki, onlar hazırda 16 milyon 979 min manatlıq Qəbələ Mərkəzi Rayon xəstəxanasının tikintisini də həyata keçirirlər. Ölkənin ən yaxşı 50 şirkətindən biri olduqlarını iddia edən “Fərid”in saytında o da qeyd edilir ki, indiyə qədər onlar tenderlərdən 879 milyon manatlıq sifariş əldə ediblər.
Şirkətin əməkdaşlıq etdiyi şirkətlərin siyahısına diqqət etdikdə bəzi maraqlı detallar diqqəti çəkir. Məsələn, “Fərid” firması “Gilan Holdinq”lə əməkdalıq edir. Bundan başqa, əsas partnyorlarından biri “Baku Steel Company”dir. Maraqlı məqam odur ki, “Fərid”in əməkdaşlıq etdiyi partnyor firmalardan biri “Akabe İnşaat”dır. Hərçənd bu şirkətin adı bir müddət “nurçu”larla birgə hallanırdı. Belə ki, “Akabe İnşaat”ın “nurçu” dini təriqətin təsiri altında olduğu, onların maliyyəsi isə yaradıldığı və fəaliyyət göstərdiyinə dair açıq mənbələrdə məlumatlar yayılıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024