Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (4-10-2024, 11:56)
“3-5 adam 143 milyonu təkbaşına mənimsəyə bilməzdi” – Hərbi ekspert hakimlərə çağırış etdi

“3-5 adam 143 milyonu təkbaşına mənimsəyə bilməzdi”
"Müdafiə Nazirliyi və ona tabe qurumlarda 2017-2021-ci illər ərzində 143 milyon manatlıq yeyinti ilə bağlı keçirilən məhkəmə iclaslarında məsələ daha dərindən araşdırılmalıdır".

"AzPolitika" xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, burada həmin illər ərzində yeyinti aşkarlanan qurumlar dəfələrlə müxtəlif yoxlamalara məruz qalıb. Ekspert hakimlərə müraciətlə deyib:

"Möhtərəm hakimlər:

Maliyyə Nazirliyinin, Müdafiə Nazirliyinin tabeliyində olan qurumların (inspeksiya, daxili təhlükəsizlik və xəzinədarlıq), qoşun növlərinin və birliklərin hər il tərtib olunan yekun aktları və s. mütləq nəzərə alınmalıdır.

Əlində möhürü olmayan, müqavilə bağlamaq və əmr imzalamaq səlahiyyəti olmayan 3-5 adam 143 milyonu təkbaşına mənimsəyə bilməz. Adı çəkilən yüksək rütbəlilərin hamısı məhkəmədə dindirilməlidir”.

Hərbi ekspert bildirir ki, dövlətin əsgərə, həm də müharibə zamanı ayırdığı vəsaitə uzanan “natəmiz əllərin sahibi olan bütün şəxsiyyətsizlər”, vəzifəsindən asılı olmayaraq, dövlətin hüquqi gücünü hisss etməlidir. “Dəymiş ziyanı ödəyənlərin bağışlanması gələcək çirkli əməllər üçün presedent yaradır. Məsələn, 7 il qabaq 143 milyona Bakıda 1430 ev alıb, indi 3 qat baha satıb canını qurtaranlar ən azı 900 evi əllərində saxlaya bilərlər”.

Sonda Ə.Verdiyev bir daha vurğulayıb ki, bu qərar bütün günahkarları tam əhatə etməlidir və başqalarına da dərs olmalıdır.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024