Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (9-07-2024, 11:37)
Azərbaycanda qızıl alverçisi olan məktəb müəllimi 130 minlik dələduzluqda təqsirləndirilir

Azərbaycanda qızıl alverçisi olan məktəb müəllimi 130 minlik dələduzluqda təqsirləndirilir
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən A.İsgəndərovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

İttihama görə, A.İsgəndərova 2022-ci ilin yanvar ayında tanışı, qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan Sevinc Hacıyevaya (soyadı şərti) qarşı 129 241 manatlıq dələduzluq edib.

Belə ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən tam orta məktəblərinin birində coğrafiya müəllimi işləyən təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə onun qızıl-zinət əşyalarını baha qiymətə satacağını yalandan vəd verərək aldadıb.

A.İsgəndərova elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Sevinci bir il yarım əvvəl tanıyıb və onun bacısı ilə birgə müəllimə işləyib. Qeyd edib ki, qızıl alqı-satqısı ilə məşğul olduğu üçün Sevincdən satmaq üçün ona qızıl verməsini xahiş edib və pulu ona aybaay ödəyəcəyini bildirib. A.İsgəndərova həmin şəxsdən bir il ərzində ayrı-ayrılıqda 130 min manat dəyərində qızılı götürüb və üstünə pul qoyaraq fərdi şəxslərə satıb. Daha sonra qızılı satdığı şəxslər pulu ödəmədiyi üçün o da Sevincə pulu ödəyə bilməyib.

A.İsgəndərova dindirilərkən söyləyib ki, hazırda zərərçəkmiş şəxslə barışıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024