Nəticədə, gündəlik uşaqların qidalanması üçün nəzərdə tutulan məhsullar azaldığından, bir çox hallarda körpələr ac qalır. Bəzi valideynlər isə övladlarının aclıq çəkməməsi üçün əlavə olaraq öz vəsaitləri hesabına ərzaq yardımı etməyə məcbur qalırlar.
Valideynlərin dediyinə görə, bu hal yeni deyil və uzun müddətdir davam edir. Aidiyyəti qurumların bu iddialara reaksiya verməməsi isə narazılığı daha da artırır. Qobu sakinləri və şikayətçi valideynlər Abşeron–Xızı Regional Təhsil İdarəsindən bağçada təcili yoxlamalar aparılmasını, ərzaq təchizatı və istifadəsinə dair hesabatların təqdim olunmasını tələb edirlər.
Qeyd edək ki, sözügedən iddialarla bağlı Kəmalə Nəcəfovanın və Abşeron–Xızı Regional Təhsil İdarəsinin də mövqeyini dərc etməyə hazırıq.(Bakunews.az)



























