Kriminal (5-05-2023, 14:14)
Pivə içdikdən sonra küçədə müştərini bıçaqlayan şəxs həbs edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Fərrux Həsənovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Mediatv.az-ın əldə etdiyi məlumata görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilib. Fərrux Həsənov məhkəmə iclas zalından həbs olunub.
İttihama görə, 19 oktyabr 2022-ci il tarixdə, saat 02:30 radələrində paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Qartal” kafesinin yaxınlığında qeydə alınıb.
Belə ki, Fərrux Həsənov həmin kafedə müştəri qismində olduğu zaman obyektin işçisi ona yaxınlaşaraq iş vaxtının gec olduğunu, kafenin bağlandığını deyib. Bu zaman kafenin digər müştərisi Elvin Alimov (soyadı şərti) söhbətə müdaxilə edib, ondan kafeni tərk etməsini kobud formada tələb edib. Daha sonra onlar kafedən küçəyə çıxıblar, mübahisəni orada davam etdiriblər və əlbəyaxa olublar. Bu zaman Fərrux üzərində olan cib bıçağı ilə Elvinin bədənindən bir dəfə qəsdən vuraraq, ona xəsarət yetirib.
Məhkəmə iclasında Fərrux Həsənov ona elan olunmuş ittihamda özünü təqsirli bilib. O ifadəsində deyib ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsində kirayədə yaşayır, fərdi evlərdə ev təmir ustası kimi fəaliyyət göstərərək ailəsini dolandırır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024