Sosial (Bu gün, 08:12)
Jurnalistlər NECƏ DOLANACAQ? - heç düşündülərmi?
Məlum olduğu kimi, dövlət Medianın İnkişafı Agentliyinin xətti ilə qəzetlərə ayırdığı maliyyə dəstəyini ciddi şəkildə azaldıb. "DİA-AZ" xəbər verir ki, elan olunana görə, bundan sonra qəzetlərin həftə ərzində yalnız bir nömrəsi dövlət tərəfindən maliyyələşdirilir. Bu da ciddi kəsinti olduğundan qəzet redaksiyalarında ciddi ixtisarların olacağı şəkk-şübhə doğurmur."DİA-AZ" xəbər verir ki, buna etiraz edən tanınmış jurnalist Mətləb Salahov özünün sosial şəbəkə hesabında belə bir paylaşımı ilə diqqət çəkib. M.Salahov yazır:
"Neçə illərdir ki, qəzetləri ələ baxım öyrəşdirib indi də qəfil maliyyəni kəsmək yüzlərlə jurnalist ailəsini ac yalavac - qoymaq deməkdir. Ayda 500-600 manat maaş alan bu insanları çörəklə sınağa çəkmək olmaz!! Qənaət tədbirləri bu kasıb jurnalistlərəmi şamil edilməli idi? Bu, sözün əsl mənasında ZƏRBƏDİR!
Bu qərarı azı 1 il öncə qəbul etmək və bir il möhlət vermək lazım idi. Ki, bu adamlar da, redaksiyalar da öz işlərini bilsinlər. Bunu edəcəksənsə o zaman çıxış yolu da hazırlamalısan.
Yoxsa 1 ay qalmış qəfildən qəzetlərə maliyyəni kəsib insanları işsiz qoymaq islahat deyil, bacarıqsızlıqdır.
Amma ən dəhşətlisi odur ki, illərin jurnalist heyətini günü sabah əlinə keçirmək istəyən istəmədiyin qədər qüvvələr var.
Hazırda maaşları yarıya endirilmiş bu insanlar uzağı bir aydan sonra nə ilə balalarını saxlayacaqlar, necə dolanacaqlar, heç düşündülərmi?"
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
15 11 2025
15 11 2025
15 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025

























