Karusel / Redaktor seçimi (Bu gün, 09:31)
Kənd Təsərrüfatı Nazirliyində mənimsəmə hallarına son qoyulacaqmı?
Dövlət büdcəsində kənd təsərrüfatı bölməsi üzrə əvvəlki illərlə müqayisədə daha çox vəsaitin ayrılması aqrar sektorun inkişafına göstərilən diqqətin ifadəsidir. Aqrar sahədə aparılan islahat tədbirlərinə uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi işlərinin aparılması, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün əsas ola bilər. İşğaldan azad olunmuş ərazilərin əkinə yararlı torpaqlar olmasının ölkənin ərzaq təhlükəsizliyinə müsbət dinamika gətirəcəyi gözləniləndir. Rəsmi məlumatlara görə Azərbaycanın azad olunan ərazilərində hər il 50 min hektardan çox sahədə aparılmış əkinlərin əsasını taxıl təşkil edir və bu sahələrdən yüksək məhsuldarlıq gözlənilir. Torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi və digər meliorasiya tədbirləri ilə bağlı vəsaitlərin artırılması kənd təsərrüfatının inkişafına zəmin yaradır. Ümumiyyətlə, kənd təsərrüfatı ilə bağlı vəsaitlərin ayrılması günün reallıqlarını əks etdirir və iqtisadiyyatımızın davamlılığının göstəricisidir. Bəs görəsən kənd təsərrüfatının inkişafına məsul olan şəxlar məlum reallıqları və kənd təsərrüfatından gələn gəlirləri necə istiqamətləndirirlər?Mediatv.az saytının redaksiyasına daxil olmuş məlumata görə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktorunun işğaldan azad olunmuş ərazilərdəki əkin sahələri və mal-qara təsərrüfatından gələn gəlirlərin böyük bir hissəsini dövlətin deyil, ətrafı ilə birlikdə "öz şəxsi maraqlarına" yönəltdikləri iddia edilir.
Redaksiyamıza daxil olan məlumata görə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Fəda Abbasovun komandasındakı şəxslərin əsas məqsədi nəinki işğaldan azad olunmuş ərazilərdə qeyri-obyektivliyi həyata keçirmək, qurumun tabeçiliyində fəaliyyət göstərən Regional İdarələrin torpaq sahələrini öz yaxınları üçün icarəyə verərək "şəxsi qazanca" istiqamətləndirməkdən ibarətdir. Torpaqların əkilməsindən əldə olunan vəsaitlərin böyük hissəsi isə mənimsənilir. Bu iddia ilə çıxış edən məlumatlı mənbə qeyd edir ki, Regional İdarələrin nəzdindəki münbit torpaqların bir hissəsi dövlət üçün, bir hissəsi isə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Fəda Abbasova yaxın olan şəxslər üçün əkilir. Burada Regional İdarə rəislərinin və əlaltılarının da öz payı var. Dövlət adına əkilən torpaqların gəlirlərinin böyük hissəsi bu yolla mənimsənilir. Qurumun idarəsində olan yüzminlərə hektar əkinə yararlı torpaq sahələri isə Fəda Abbasova yaxın olan şəxslərə icarəyə verilir. Azəraqrar Dövlət İstehsalat və Emal Birliyinə direktor təyin ediləndən bu yana Fəda Abbasov səlahiyyətində olan torpaqları və texnikaları rüsumundan baha fermerlərə icarəyə verərək, özlərinə yaxın işbazlar üçün şərait yaradaraq külli miqdarda özü üçün mənfəət qazanır. Mənbənin verdiyi məluimata görə Fəda Abbasovun "qazancı" təkcə torpaqların əkilib-becərilməsindən, ora ayrılmış subsidiyaların mənimsənilməsindən ibarət deyil. Eyni zamanda keçirdiyi tender və kotirovka sorğulu dövlət satınalmalanında da kifayət qədər qaranlıq məqamlar vardır. Belə ki, 20.06.2025-ci ildə dərc edilmiş “Azəraqrar Dövlət İstehsalat Birliyi” MMC tərəfindən “silosluq qarğıdalı və soya toxumları”nın satın alınması məqsədilə keçirilən 74.480 manat dəyərində satınalma müqaviləsində “Pluton Toxumçuluq” MMC qalib elan olunması özü-özlüyündə müəyyən şübhələrə yol açır. Belə ki son 7-8 ildə Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi əksər tender və kotirovka sorğularınının qalibi “Pluton Toxumçuluq” MMC elan edilib. Belə əməllərinə görə Fəda Abbasov, nazir müavini Elçin Zeynalov tərəfindən dəfələrlə sıxışdırıldığını bildirən məlumatlar elektron mediada tirajlanıb.
Fəda Abbasovun belə işləri həyata keçirərkən daha çox nazir müavini Sərvan Cəfərova güvəndiyi bildirilir.
Bəs görəsən Fəda Abbasov kimdir?
Fəda Abbasov İnam Kərimovun dövründə ASAN xidmətdə Səyyar Xidmətlərin Təşkili Şöbəsinin baş məsləhətçisi işləyib. Daha sonra İnam Kərimov Kənd Təsərrüfatı Naziri təyin ediləndə Fəda Abbasov da Daxili Nəzarət və Audit Şöbəsinin müdir müavini təyin edilib. 2021-ci ilin aprel ayında “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-yə direktor təyin edilib. Fəda Abbasovun və “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də vəzifə tutan şəxslərin böyük əksəriyyətinin aqrar təhsili yoxdur, kənd təsərrüfatı sahəsinə aid olan insanlar deyil.
Onun sabiq nazir İnam Kərimovun qohum olması ilə bağlı məlumatlar da yerli mətbuatda yer alıb.
Kənd Təsərrüfatı Naziri təyin edilməsindən 2 il 7 ay keçən Məcnun Məmmədovun görəsən bunlardan xəbəri varmı?
Araşdırmamız davam edir..
Qarşı tərəfin cavab haqqını tanıyırıq
Mediatv.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025























