Sosial (Dünən, 22:59)
1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı - - Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti
Azərbaycan İdman Akademiyası publik hüquqi şəxsi güllərin satınalınması ilə bağlı tender elan edib.32gun.az xəbər verir ki, tenderin qalibi fiziki şəxs Firuzə Əsgərzadə olub və tərəflər arasında 3 700 AZN dəyərində müqavilə bağlanıb.
Qeyd edək ki, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacı oğlu Hacıyevdir.
Rektor Fuad Hacıyev kimdir?
Ali təhsilini başa vurduqdan sonra istehsalatda mühəndis-texnoloq kimi fəaliyyətə başlayıb. Daha sonra Azərbaycan Komsomolunun Mərkəzi Komitəsində, müstəqillik dövründə isə Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətində məsul vəzifələrdə çalışıb.
1990-cı illərdə kommersiya və sahibkarlıq sahəsinə keçərək Qazax rayonunda qum-çınqıl karxanası və üzümçülük təsərrüfatı biznesi ilə məşğul olub.
2006-cı ildə Qazax rayonu üzrə deputatlığa namizəd olsa da, daha sonra namizədliyini geri götürüb. Ardınca 2006–2015-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışıb.
Saytımıza verilən məlumatda iddia edilir ki, Fuad Hacıyevin Qazax rayonunun Çaylı kəndi yolunda yerləşən üzümçülük təsərrüfatı hazırda da fəaliyyət göstərir.
*Xatırladaq ki, 2021-ci ildə mediada Fuad Hacıyevin milyonluq villası və bahalı avtomobili ilə bağlı məlumatlar yayılmışdı. Bildirilirdi ki, rektorun Xətai rayonunda yaşadığı mənzilin yaxınlığında əlavə olaraq dəyəri təxminən 1 milyon manat olan daha bir villası mövcuddur.
Bundan başqa, onun 440 min manat (259 min dollar) dəyərində son model “Range Rover” markalı avtomobil aldığı qeyd olunurdu. “10 CN 394” dövlət nömrə nişanlı avtomobil həyat yoldaşı Cəmilə İbrahimovanın adına rəsmiləşdirilib, Fuad Hacıyev isə avtomobili etibarnamə ilə idarə edib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
13 11 2025
























