Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (9-08-2023, 13:17)
Bakıda 1,5 milyonluq dələduzluqda təqsirləndirilən qadının məhkəməsində əri dindirilib - TƏFƏRRÜAT

Bakıda 1,5 milyonluq dələduzluqda təqsirləndirilən qadının məhkəməsində əri dindirilib
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Adilə Qədirovanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Mediatv.az "Report"a istinadla xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin həyat yoldaşı Ramil Qədirov şahid qismində dindirilib.

Onun sözlərinə görə, hadisədən əvvəl A.Qədirovanın törətdiyi əməldən xəbəri olmayıb: "Bizim aramızda narazılıq olduğu üçün ayrı yaşayırdıq. Onun evə pul gətirməyindən xəbərsiz idim. Mən fəhlə işləyirəm. Adilə saxlanılandan sonra bilmişəm ki, vətəndaşlara qarşı dələduzluq edib".

Məhkəmədə məlum olub ki, şahidin ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmə ifadəsi arasında ziddiyyət var. Şahid ibtidai istintaqa verdiyi ifadəsində bildirib ki, həyat yoldaşı bir neçə nəfərə qarşı dələduzluq edib və bundan xəbərdar olub.

R.Qədirov isə məhkəmədə iddia edir ki, o, ibtidai istintaqda dindirilməyib.

Proses avqustun 22-də davam etdiriləcək.

İttihama görə, Bakı şəhər sakini A.Qədirova ev alqı-satqısı ilə məşğul olarkən vətəndaşlara məxsus mənzilləri sataraq pulunu mənimsəyib. O, qızıl-zinət əşyaları satmaq adı ilə isə bir neçə nəfərdən külli miqdarda pul alıb.

A.Qədirova vətəndaşlara ümumilikdə 1 milyon 500 min manat dələduzluq edib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024