Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (Bu gün, 08:34)
Sakitləşdirir, ağrıları azaldır

 Nanə sağlamlıq üçün çox faydalıdır. Dünyada təxminən 25-30 növü olan nanə, əsasən, rütubətli yerlərdə bitir. Bu ətirli bitki növü müalicəvi əhəmiyyəti ilə də tanınır.
“Qafqazinfo” xəbər verir ki, nanə bitkisi iştahı açır, əsəbləri sakitləşdirir və bədənə rahatlıq verir. Stress və baş ağrısına qarşı yaxşı təsir edir.
Spazm və taxikardiya (yüksək ürək döyüntüsü) riskini azaldır, hərarəti azaldır, həzm sistemi və mədə üçün faydalıdır, belə ki, həzmi asanlaşdırır, qazqovucudur, bağırsaq qurdlarını azaltmağa kömək edir, xora və ürək yanmasına qarşı yaxşı təsir edir, qusma, ürək bulanması və ağrıların qarşısını alır. Qrip və bronxit kimi soyuqdəymə və öskürək hallarına qarşı faydalıdır. Diş ağrısı və pis nəfəsləri aradan qaldırır. Ana südünü artırır. Əsəb zəifliyinə qarşı yaxşı təsir edir.
Necə istehlak olunur?
Nanə ətir və dadı ilə fərqli bir ləzzət qatmaq üçün salatlara və yeməklərə quru və ya təzə əlavə edilə bilər. Həmçinin, nanə çayı həzmi asanlaşdırmaq üçün yeməkdən sonra içilə bilər. Nanədən alınan nanə yağı da müxtəlif məqsədlər üçün istifadə olunur. Yarpaqlardan hazırlanan nanə çayı sakitlik verir. Nanə suyuna bir az sirkə əlavə edilərsə və içilərsə, daxili qanaxmanın dayandırılmasına kömək edir. Nanənin sakitləşdirici təsiri nanə yağına da aiddir. Nanə yağı dəridə yaranan ləkələri aradan qaldırmaqda və soyuqdan yaranan şişkinliyi azaltmaqda təsirlidir. Nanə qaynadılıb buxarı ilə nəfəs alınarsa, tənəffüs yollarını açır və soyuqdəyməyə qarşı yaxşı təsir göstərir.
Nanə çayını necə hazırlamaq olar?
Yeməklərdə istifadə etdiyiniz təzə nanə yarpaqlarını əllə 3-4 hissəyə ayıraraq, bir qaba yayıb 24 saat saxlayın. 24 saatdan sonra yarpaqlar quru olmalıdır. 24 saatdan sonra yarpaqlar tamamilə qurudulmasa, əlavə 1 gün saxlayın. Sonra qaynadılmış su əlavə edilmiş çaydana 2-3 çay qaşığı qurudulmuş nanə yarpaqlarını atın və dəmə qoyun. 10-20 dəqiqə dəmlənməsini gözlədikdən sonra yarpaqları süzərək çayınızı içə bilərsiniz. Limon nanə çayına uyğundur, amma daha şirin olmasını istəyirsinizsə, yarım çay qaşığı bal əlavə edə bilərsiniz.
Nanə çayının faydaları:
- Nanə çayının buxarı ilə nəfəs almaq burun tıxanıqlığınl aradan qaldırır və sinusları açır
- Boğaz qurumasına qarşı yaxşıdır
- Köpmənin qarşısını alır
- Öd daşlarını təmizləyir
- Mədə bulantısını götürür
- Qusmanı aradan aparır
- Ürək yanmasını azaldır
- Həzmə kömək edir
- Ağızdakı pis qoxunu aradan qaldırır
- Əzələ ağrılarını azaldır
- Xroniki ağrıları azaldır
- Allergik öskürəyə qarşı yaxşıdır
- Astmaya qarşı yaxşıdır
- Stressi azaldır
- C vitamini ilə zəngindir
- Antioksidant təsirə malikdir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
15 11 2025
15 11 2025
15 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025