Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (Bu gün, 19:48)
ETN-dən iki gündə iki tender: 2.5 milyon layihə-smetaya, 9 milyon isə təmirə xərclənəcək

 Elm və Təhsizl Nazirliyi iki gün ərazində iki tender keçirib. Tribunainfo.az xəbər verir ki, bununla bağlı nəticələr açıqlanb.
Məlum olub ki, ETN-in Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ölkə üzrə 2 ədəd məktəbəqədər, 17 ədəd tam orta məktəb binalarının tikintisinin və 2 ədəd modul tipli tam orta məktəb binalarının quraşdırılması işlərinin layihə-smeta sənədlərinin hazırlanmasını sifariş edib. Keçirilən tenderin qalibi isə “DESIGN PROJECT” MMC olub. Bununla bağlı tərəflər arasında 2.5 milyon manatlıq müqavilə imzalanıb.
Digər tender isə Respublika üzrə təhsil müəssisələrində təmir və abadlıq işlərini əhatə edir. Bu müsabiqənin qalibi “Bakımexanizasiyanəqliyyat” ASC olub. Nazirlik bu işləri gördürmək üçün şirkətə 9 milyton 17 min 159 manat ödəyəcək.
Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, ETN-lə “Bakımexanizasiyanəqliyyat” ASC-nin yolları son bir ildə daha iki dəfə kəsişib. Belə ki, nazirlik bu ilin sentyabrında bir sıra təhsil müəssisələrində kommunal-kommunikasiya və təmir işlərini sözügedən şirkətə həvalə edib. Bu zaman tərəflər 7 milyon 671 min 106 manata anlaşıblar.
Bundan əvvəl isə tərəflər arasında 18.10.2024-cü ildə satınalma müqaviləsi imzalanıb. Həmin vaxt “Bakımexanizasiyanəqliyyat” ASC Təhsil Nazirliyinin bir sıra təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin sifarişini həyata keçirib. Bunun müqabilində isə Emin Əmrullayevin nazirliyindən 4 milyon 771 min 43 manat pul alıb.
Qeyd edək ki, “Bakımexanizasiyanəqliyyat” ASC-nin yaranma tarixi ilə bağlı ziddiyyətli xəbərlər var. Məsələn, bəzi mənbələrdə şirkətin 1924-cü ildə “Qafqazenerjimontaj” tresti adı ilə yaradıldığı və 20 noyabr 2000-ci ildə “Bakımexanizasiyanəqliyyat” ASC adı ilə fəaliyyət göstərdiyini yazıb. Digər açıq mənbələrdə isə “Bakımexanizasiyanəqliyyat” ASC-nin 1 iyun 2004-cü ildə yaradıldığı, nizamnamə kapitalının 128 212 manat olduğu qeyd edilir. Həmçinin şirkətin qanuni təmsilçisinin isə Zabir Nağıyev Sadıx oğlu olduğu vurğulanır.
Lakin bütün bunlara baxmayaraq, bu şirkət Azərbaycan bir çox iri layihələrin həyata keçirilməsində iştirak edib. Son zamanlar isə Elm və Təhsil Nazirliyinin tenderlərinin qalibi olur. Bunu rəsmi saytlardan da aydın görmək mümükndür. Çünki son bir ildə bu ASC yalnız ETN-in tenderlərinin qalibi olub.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025