Karusel (Bu gün, 11:48)
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:Nədən Əli Quluzadə?!
QHT-lərə Dövlət Dəstəyi Agentliyində əsas kriteriya işə götürüləcək şəxsin maliyyə imkanları və sürdüyü maşındırQHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə bağlı araşdırmalarımız davam edir…Dövlətin bu qurumunda narahatlıq doğuran təkcə maliyyə əməliyyatları deyil. Həm də kadr seçimi və seçilmiş kadrların “özfəaliyyət”ləridir. Belələri dövlət vəzifəsinin verdiyi gücü öz gücləri bilməklə, dövlətin pulunu da dədə-babalarından qalmış xəzinə hesab edirlər…
Ötən günlərdə Əli Quluzadənin QHT-lərə Dövlət Dəstəyi Agentliyində yüksək vəzifəyə təyin edildiyi bildirildi. Qeyd olunub ki, o, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Maliyyə Şöbəsində müvəqqəti rəhbər vəzifəsini icra edəcək. Xatırladaq ki, Ə.Quluzadə bu vəzifəsinə qədər həmin Agentlikdə maliyyə meneceri, daha əvvəl isə Fövqəladə Hallar Nazirliyində maliyyə şöbəsinin müdir müavini, həmçinin Bakı Şəhər İcra Hakimiyyətində mühasib kimi fəaliyyət göstərib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyindəki korrupsiya faktlarını araşdırdığımız üçün, bu xəbər də marağımıza səbəb oldu. Bu məqsədlə Əli Quluzadənin kimliyi və heç bir vakansiya elan edilmədən belə “yüksək” vəzifəyə təyinatın necə həyata keçirildiyini araşdırmaq qərarına gəldik.
Yenixeber.org olaraq araşdırmamızla məlum oldu ki, Quluzadə Əli Rüfət oğlu 24 aprel 1995-ci ildə Naxçıvan MR-da anadan olub, 2012-2017-ci illərdə Qərb Universitetində təhsil alıb(?)
Əli Quluzadə 2019-cu ilin may ayının 23-dən FHN-nin Tibb Mərkəzinin maliyyə-uçot şöbəsinin rəisinin köməkçisi vəzifəsinə təyin olunub. 2022-ci ilin iyun-iyul aylarında Tibb Mərkəzində maliyyə yoxlamaları aparılmış və o ciddi maliyyə pozuntularına görə işdən uzaqlaşdırılmışdır. Əli Quluzadə bu qərarla bağlı məhkəmə orqanlarına şikayət etmiş, heç bir maliyyə əməliyyatında rolunun olmadığıni, bütün əməliyyatların maliyyə-uçot şöbəsinin rəisi İmanov İlham Abbasqulu oğlu tərəfindən aparıldığını bildirmişdir.
Əli Quluzadə işdən uzaqlaşdırıldıqdan sonra onun atası, FHN-nin Regional Mərkəzlərlə İşin Təşkili Layihələrin İdarə Edilməsi və Təhsil Məsələləri üzrə Baş İdarəsinin baş məsləhətçisi Rüfət Quliyev də vəzfədən alınmışdır.
Yerli mediada yer alan məlumata görə, Əli Quluzadə işə yeni başladıqdan bir müddət sonra 90 minlik BMW ilə görünürmüş...
Daha bir maraqlı məqam isə, onun avtomobilindən 100 minlik saatının oğurlanması xəbəridir. Belə ki, 2021-ci il iyun ayının 3-də Binəqədi rayonunda Əli Quluzadənin avtomobilinin yan şüşəsini sındırılaraq saxlanc yerindən 300 manat, arxa oturacağın üzərindən isə 5 ədəd ümumi dəyəri 100 min manat olan qol saatı oğurlanıb. Hadisəni törədən Cəlilabad sakini İsmayıl Məlikov saxlanılıb və oğurlanmış saatlar sahibinə qaytarılıb.
Əli Quluzadənin birdən-birə belə imkanlara malik olması, avtomobilində pul və bahalı saatlar saxlaması marağı onun barəsində FHN-dəki mənbələrdən də müəyyən məlumatlar almağı zəruri etdi... İddia edildi ki, Əli Quluzadə maliyyə müdirinin köməkçisi işlədiyi vaxtda satınalma şirkətləri ilə qanunsuz sövdələşmələr aparıb, lazım olan materialların qiymətlərini şişirdərək daha ucuzlarını alıb və bu kimi saxtakarlıqlar edərək xeyli pul qazanıb. Sonradan məsələnin üstü açılıb və onu işdən qovublar.
Amma burada bir məsələni də qeyd etmək yerinə düşər: Əli Quluzadənin yüksək vəzifəyə təyinatı barədədə mediaya verilən məlumatlar da yanlışdır. Belə ki, o agentlikdə maliyyə meneceri deyil, satınalma meneceri, FHN-də maliyyə şöbəsinin müdir müavini deyil, FHN Tibb Mərkəzində maliyyə müdirinin köməkçisi, Bakı Şəhər İcra Hakimiyyətində mühasib deyil, onun hansısa idarəsində mühasib köməkçisi işləyib.
Görünür QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə satınalmalarda “təcrübəli” mütəxəssisə ehtiyac olduğu üçün Əli Quluzadəni işə cəlb edib, onun keçmiş təcrübəsindən yararlanıblar. Sonradan isə onun “xidmətləri”ni qiymətləndirərək vəzifəsini yüksəldiblər.
Xatırlayısınızsa, biz Yenixeber.org-da bu Agentlikdə işdən çıxarılan Natiq Lahicovun da əvvəlcə “Təhsil” Respublika İdman Mərkəzinin direktoru vəzifəsində korrupsiya faktına görə uzaqlaşdırıldığını, sonradan QHT-lərə Dövlət Dəstəyi Agentliyində işə götürüldüyü barədə məlumat vermişdik.
Sanki, Əli Quluzadə də eyni senari davam edir. Görünür, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva pulu olan kadrlara xüsusi diqqət və qayğı göstərir.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi yeganə qurumdur ki, orada işçilərin cəlb edilməsi üçün vakansiya elan edilmir. Əsas kriteriya işə götürüləcək şəxsin maliyyə imkanları və sürdüyü maşındır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
























