Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Redaktor seçimi (Bu gün, 08:58)
Binəqədidə bağça ərazisini kimlər satır?

 
 
Son statistik məlumata görə “Azərbaycanda 1669 uşaq bağçası fəaliyyət göstərir,  bu da sadəcə 16-17% uşağı əhatə edir.Adətən, işləyən valideynlər sistemlərini qura bilmək üçün övladlarının bağçalara yazılmasına çalışırlar.Nazirlik onlayn qeydiyyat prosesi yaratsa belə, əksər valideyinlər uşaqlarını yerlərin azdığı səbəbindən bağçaya yazdıra bilmirlər.
Çox təəsüflər olsun ki bəzi bağça müdirləri bağçada qruplarda boş uşaq yerləri olsa da, onlayn sistemi açmırlar ki, uşaqlar qəbul olunsun, bağça uşaqla tam dolsun.
Belə bağçalardan biri də Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən 153 saylı uşaq bağçasıdır.Mediatv.az-ın redaksiyasına veilən məlumata görə, son bir il dörd ayda bu uşaq bağçasının 5-6 müdürəsi olub.2 aydan artıqdır ki, müdir vəzifəsini Nərgiz adlı kordinator icra edir.Bağçada qruplari qəsdən boş saxlayırlar ki,bağça bağlansın. Bağçaya uşaq qoymaq üçün müraciət edənlərə deyirlər ki, boş yer yoxdur. Halbuki hər qrupda azı 10-12 uşaq yeri var.153 saylı uşaq bağçasın geniş ərazisi olduğu üçün yerini tikinti şirkətinə yüksək qiymətə satıblar. İndi də müxtəlif bəhanələrlə işçiləri ixtisar etməklə məşğuldular.

Bundan əlavə bağçada təchizat çox pis gündədir. Uşaqlara hər gün suda qaynadılmış düyü və makarondan başqa ayrı heç nə verilmir.

Bu sadalananlar Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən 153 saylı uşaq bağçasında baş verənlərdir. Ümumiyyətlə məktəbəqədər təhsil müəssisələrinin problemləri saymaqla bitməyəcək qədərdir. Bu problemlərdən ən dəhşətli olanı isə bağçalara uşaqların rahat oynaması, hava alması üçün ayrılmış həyətyanı torpaq sahələrinin satılması, bağça ərazisində göydələnlərin tikilməsidir.Bəs görəsən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun,eləcə də Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 153 saylı uşaq bağçasında baş verənlərdən,antisanitar vəziyyətdən və Nazirlər Kabinetini tərəfində müəyyən edilmiş qida normalarının çatdırımamasından xəbərləri varmı?
Araşdırmamız davam edir.
Qarşı tərəfin cavab haqqını tanıyırıq
 Mediatv.az 

шаблоны для dle 11.2

Xəbər lenti
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025