Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (15-07-2023, 08:45)
Görəsən, AQTA harda yatıb ki... - ekspert danışır

Görəsən, AQTA harda yatıb ki...
Bir neçə gün öncə Səhiyyə nazirliyinin pediatrı deyib ki, avokado, manqo kimi meyvələr bizim genetikamıza uyğun deyil. Buna görə bu məhsullardan çox qəbul etmək tövsiyə edilmir. Daha çox yerli və mövsümi meyvələrə üstünlük vermək lazımdır.
Düzü, “importni” mallara əvvəldən azərbaycanlıların marağı olub. Hətta özümüzün istehsal etdiyimiz məhsullarımızın hissələri də xaricdən gətirilir. Xaricə baxıb ailəmizi davam etdirmək istəyirik, xaricə baxıb övlad böyütməyə can atırıq, xaricə səhiyyə üçün gedirik, xarici təhsili Azərbaycan təhsilindən üstün bilirik.

Bəzən düşünməyə bilmirəm, “niyə o əjdahadan bizdə yoxdur?” Niyə xaricdəki kimi həkimlərimiz, müəllimlərimiz, təhsilimiz, səhiyyəmiz yoxdur? Yox, “imam üçün ağlayanda, gərək …..” Bizim də yaxşı həkimlərimiz, müəllimlərimiz var. Məsələn, mənim 12 illlik bir həkimim var. Məlahət Abbasova, 12 il bundan öncə, pulum-param olmayanda mənə sahib çıxmışdı. Sonra o qədər yaxınlaşdıq ki, hər dərdimi həkimimlə paylaşdım. Hətta elə məqamlar oldu ki, onlayn formatda məsələhətlər də aldım. Yəni yaxşı həkimlərimiz də var…

Yaxşı müəllimlərimizdən mənim müəlliməm Əminə Vəliya, Validə Rzayeva, böyük oğlumun ilk sinif müəllimi Sevinc xanımın əziyyətlərini unuda bilmərəm… Amma nə yazıq ki, bizdə bu yaxşılardan azdır. Buna görə də hamımız xaricə qaçırıq. Deyəndə ki, "Azərbaycanda yaşamıram", insanlar da sənə ikiqat dəyər verir…

Mən etiraf edirəm ki, bu, yanlış yanaşmadır… Əslində, Azərbaycan insanı o qədər mükəmməldir ki… Di gəl, kasıblığın üzünü Allah qara eləsin. Milyonlar ölkəsində kasıb yaşamaq insanlarımızı da üzünü dəyişməyə məcbur qoyur…

Nə isə, mətləbdən çox kənarlaşmayım. Mediatv.az-ın məlumatına görə, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında deyir ki, "səhiyyə nazirliyi nə deyirsə, yaxşı deyir". Hüseynov qeyd edib ki, illər boyu “Azad İstehlakçılar Birliyi” bu barədə danışıb.

“Biz həmişə demişik ki, kiçik əhalisi az olan, kifayət qədər resursları olan gözəl Azərbaycana kənar meyvələr və kənar mallar lazım deyil. Xüsusən, genetik modifikasiya olunmuş mallar lazım deyil. Bu, bizim Azərbaycanımıza yaraşmır.

Mən təzə gəlmişəm Şri-Lankadan. Oranın əhalisi Azərbaycan əhalisindən iki dəfə çoxdur. Lakin genetik modifikasiya olunmuş bitki yoxdur. Əhalinin də orta uzun ömürlüyüyü bizdən çoxdur. Əhali çox çox kasıb yaşıyır, tibbə əlçatanlıq da az. Hətta Banqladeşdə yaşayanlar da bizdən uzun ömürlüdürlər. Çünki orada da qidaların çirklənməsinin qarşısını alırlar. Azərbaycana da bazar iqtisadiyyatı adı altında dünyanın hər yerindən mal gətirilir”-deyə Hüseynov bildirir.

Ekspert hesab edir ki, Səhiyyə nazirliyi ciddi tədqiqat aparmalıdır.

Bəs Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi hara "baxır"?
Eyyub Hüseynov deyir ki, AQTA çalışır ki, hər yerə baxsın. Amma onun da baxışının əhatə dairəsi var. Eyyub Hüseynov deməsə də, məlumdur ki, bəzi hallar AQTA-nın baxış bucağından kənar düşə bilir və yaxud bəzi hallara göz yumulur. Bu halları gözən qaçırmamaq üçün ictimai qınaq olmaldır. Yəni gördüyümüz bütün neqativ halları açıb-ağartmalı və göz yummamalıyıq.u
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024