Təhsil (14-08-2021, 12:46)
Abituriyentlərin sayı ildən-ilə niyə azalır? - Ekspert səbəbini açıqlayır
Bu il ali məktəblərə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı 52 min 219 nəfər olub.
İmtahan verən abituriyentlərdən 23 min 411 nəfəri oğlan, 28 min 808 nəfəri qızdır.
Ötən illə müqayisədə ali məktəblərə imtahan verənlərin sayında azalma müşahidə olunur. Belə ki, 2020-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 84512 abituriyent ərizə vermişdi. Həmin vaxt sənəd verənlərin sayı 2019-cu illə müqayisədə 12673 nəfər çox olub.
Ümumiyyətlə, ötən illərlə müqayisədə ali məktəbə sənəd verən abituriyentlərin sayında azalmanın səbəbi nədir?
Xüsusilə də oğlanların sayının azalması ölkədə işsizlik problemindənmi qaynaqlanır?
Təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirdi ki, ölkədə 54 ali məktəb var ki, onların 8-i xüsusi, 46-sı ümumi təyinatlıdır və əlavə olaraq 60 civarında da orta ixtisas təhsili müəssisəsi var:
"Ali məktəblərimizdə olan vəziyyət ona gətirib çıxarıb ki, ölkədə az-çox imkanı olan, təhsil almaq istəyən şəxslərin ali məktəblərə etimadı yoxdur. Çünki ali məktəblərin kadr hazırlığı əmək bazarının tələblərinə uyğun aparılmır və Azərbaycanda əmək bazarı öyrənilmir.
Ali məktəblərdə sadəcə dəbdə olan ixtisasları daha çox seçirlər ki, tələbə yığsınlar. Digər bir tərəfdən də ali təhsil müəssisələrinin ödənişli təhsilə daha çox üstünlük verməsi və ödənişin həddindən artıq yüksək olması gənclərimizi xaricə üz tutmasına məcbur edir. Artıq qızların xaricə getməməsi ilə bağlı stereotiplər qırılıb. Bu gün xaricdə təhsil alan qızların da sayı artmaqdadır. Düşünürəm ki, Azərbaycanda ali təhsil məqsədilə sənəd verən abituriyentlərin sayı bundan sonra da ildən-ilə azalan templə gedəcək.
Bu, ali təhsil müəssisələrinin müvafiq standartlara uyğun olaraq təhsil verə bilməməsidir. Azərbaycan hələ də 1980-90-cı illərin "şinelindən"çıxmayıb.
İkinci bir səbəb isə təhsil haqqının artması və xaricə üz tutanların sayının artmasıdır. O cümlədən əmək bazarı ilə bağlı çox vacib bir faktor var, hər dəfə bu məsələni qaldırsaq da nə eşidən, nə də dinləyən var. Belə ki, ölkədə təhsil almaq istəyən gənclərin ixtisasla bağlı istədiyi, arzuladığı ixtisasa düşmək şansı 5 faizdən çox deyil. Yəni DİM illərdir qrup imtahanları keçirir ki, burada kimin hansı ixtisasa düşməsi qabaqcadan bilinmir. Yəni Azərbaycan gənci arzuladığı bir peşə sahəsi seçməlidir və həmin peşə sahəsi üzrə də təhsil almalıdır. Bu şans bizim gənclərdə yoxdur.
Hər yüz nəfərdən maksimum 5 nəfər arzuladığı peşəyə düşə bilir. Ona görə də dəfələrlə təklif eləmişik ki, DİM-in qrup imtahanları ləğv edilsin, konkret ixtisas üzrə imtahanlar olsun. Bütün bunlar ümumilikdə ildən-ilə ali təhsilə sənədl verənlərin sayında kifayət qədər düşüşə səbəb olur və bu tendensiyanın yaxın gələcəkdə davam etməsini gözləyirəm".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024