Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Slayd (10-03-2022, 09:39)
Naxçıvan səhiyyəsində TOTAL PULYIĞIMI - NARAZILIQ VAR!

 Naxçıvanda tibb işçilərinin işə qəbul üzrə keçirilən imtahanda rüşvət alındığı bildirilir.Mediatv.az xəbər verir ki, bu haqda "Gündəlik Naxçıvan"a imtahanda iştirak edən namizədlər məlumat verib. Onların sözlərinə görə, imtahandan uğurla keçib, işə qəbul olunmaq üçün həkimlərdən 8-10 min, tibb bacısı və mama olmaq istəyənlərdən isə 3-4 min manat rüşvət tələb olunur. Rüşvətin Səhiyyə Nazirliyi və Naxçıvan Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən toplandığı bildirilir.
Tibb bacısı vəzifəsi üçün müraciət edən namizədlərdən biri, Şərur rayon sakini S. Muradova deyir ki, imtahan suallarını qəsdən mürəkkəb ediblər ki, rüşvət verməyə məcburiyyət yaransın:
"Bizim rayondakı xəstəxanalarda tibb bacısı üçün 30-40 vakant vəzifə var. Ancaq, bu yerlərə 100 nəfərdən çox namizəd var. Kim pulunu imtahan mərkəzinə, yaxud Səhiyyə Nazirliyinə veribsə, o da keçəcək. Mənim yox idi, vermədim. İmtahanların nəticələrini gözləyirik. Rüşvət vermədiyim görə, heç ümidim yoxdu. Mənim 3 min manatım yoxdur onlara verməyə. Namizədlərdən kimi danasını satdı verdi, kimi faizə girdi, kimi qızıllarını satıb rüşvəti verdi ki, işə düzəlsin".
Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən, həkim vəzifəsi üçün müraciət edən namizədlərdən biri deyir ki, imtahandan keçmək üçün, onlar da rüşvət ödəməlidir:
" 25 həkim yeri boşdur və təxminən bir o qədər də namizəd var. Ancaq, buna baxmayaq rüşvətsiz mümkün deyil. 8-10 min manat istəyirlər. Bunu vermək üçün gərək, ağlın başında olmasın. Ya da işə girəndən sonra xəstələrdən rüşvət yığasan ki, verdiyin pulun yerini ödəyə biləsən. İmtahana çox ciddi hazırlamışdım. Ancaq elə suallar salmışdıkar ki, bəzisinin heç tibbə də aidiyyatı yox idi. Kim rüşvət vermişdi, cavabları qabaqdan onlara paylamışdılar. Görək, cavablar necə olacaq. Rüşvət verməmişik deyə, ümidimiz azdır. Testdən keçsək belə, praktik bilik səviyyəsinin ölçülməsi imtahanı var qabaqda. Bu isə öz əllərindədir".
Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq.
Xidmətin Hüseyn adlı əməkdaşı namizədlərin iddialarını təkzib edir:
"Namizədlərin dediyi həqiqətə uyğun deyil. Heç kimdən pul toplanır".
Bir neçə gün öncə Naxçıvanda tibb işçilərinin işə qəbulu üzrə imtahanlar keçirilib. Naxçıvan Dövlət İmtahan Mərkəzinin məlumatına görə, İmtahanlarda ümumi olaraq 214 namizəd iştirak edib. Onların 189-u orta ixtisas tibb işçisi, 25-i isə həkim vəzifələri üzrə qeydiyyatdan keçib.шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024