Təhsil (28-07-2022, 15:17)
"Təhsilin müddətini yox, keyfiyyətini artırmaq lazımdır"
Ötən gün Təhsil naziri Emin Əmrullayev orta məktəblərdə tədrisin vaxtının uzadılmasından danışıb. Nazirin fikrincə, bu, təhsilin keyfiyyətini artırar.
Bəs, ekspertlər bu barədə nə düşünürlər? Doğrudanmı, təhsilin müddətinin uzadılması keyfiyyətə müsbət təsir edə bilər?
Mediatv.az xəbər verir ki, məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən BDU-nun professoru, əməkdar elm xadimi Şahlar Əsgərov bildirib ki, təhsilin müddətinin uzadılması yox, keyfiyyətinin artırılması vacibdir:
“Azərbaycanda müxtəlif ballı qiymətləndirmə mövcuddur. Bu, çox biabırçı hadisədir. Bunu düzəltmək daha yaxşıdır, nəinki təhsilin müddətini uzatmaq.
Azərbaycanda Dövlət İmtahan Mərkəzinin keçmiş nəticələrinə baxın. Ali məktəbə imtahan verərək bal toplayan Azərbaycan şagirdi təqirbən 100 minlərlədir. Orta statistik bal isə 300-dür. Mən cənab nazirə təklif edərdim ki, belə kənar işlərdənsə, təhsiln keyfiyyətinin qaldırılmasına diqqəti yönəltsin. Eyni zamanda müəllimləri müdafiə etsin. Azərbaycan müəllimləri bu gün çox zəhmətkeşdir. Onları qorxutmaq, işdən çıxarmaq, "bu və ya digər imtahanlara cəlb ediləcəklər" kimi fikirlər səsləndirmək doğru deyil. Bu nöqteyi-nəzərdən istərdim ki, nazirimiz səsimi eşitsin”.
Ş.Əsgərov xaricə üz tutan istedadlı gənclərlə bağlı məsələyə də diqqət çəkib:
"Azərbaycanda çox istedadlı, parlaq gənclər var. Amma çox təəssüf ki, bunlar Azərbaycanda qalmır, xaricə gedirlər. Düşünürəm ki, onları Azərbaycanda saxlasaq, Qarabağı aldığımız qədər böyük uğur qazanmış olarıq. Niyə? Çünki hər 100 gəncin ən azı 5-i çox istedadlıdır. Digərləri də onlardan geri qalmırlar. Bu gün xaricə gedən istedadlı gənclərin əksəriyyəti ideya generatorlarıdır. Onlardan İlon Mask, Mark Zukerberq , Stiv Cobs kimi insanlar çıxar. İstedadlı gənclərimizin ən azı 2-3-ü belə zəkalıdır. Lakin təəssüf ki, biz hər il onları gümüş boşqablarda xaricə təhvil veririk. Bunun qarşısını almaq lazımdır”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024