Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (Bu gün, 18:55)
 Tahir Kərimliyə qarşı kampaniyanı Adəm İsmayıl təşkil etdirir?

 Xəbər verdiyimiz kimi, Vəhdət Partiyasının (VP) sabiq sədri, partiyanın hazırkı Baş Məclisinin sədri Tahir Kərimli ilə politoloq Cümşüd Nuriyev arasında ciddi qalmaqal yaşanıb. Qalmaqal fonunda tərəflərin bir-biriləri barədə verdikləri açıqlamalar müzakirəsiz ötüşməyib. Müzakirələr zamanı Adəm İsmayıl Tahir Kərimliyə vəsait ödəyərək Vəhdət Partiyasını aldığı, indi isə onun kadrlarını partiyadan kənarlaşdırmaq istəyi barədə iddialar səsləndirilib. Yaranan qalmaqalı da Adəm Bakuvinin təşkil etdirməsi barədə fikirlər yayılıb.
Pravda.az Cümşüd Nuriyevin səsləndirdiyi iddialar və digər deyilənlər barədə Tahir Kərimli ilə yenidən əlaqə saxlayıb.
T.Kərimli əvvəlcə Pravda.az-a 8 noyabrda Zəfər Günü münasibətilə paylaşdığı təbrik nitqini təqdim edib.
O, qalmaqala səbəb olan təbrikində bunları deyib: "Qələbəmizin beş illiyi münasibətilə xalqımızı təbrik edirəm. Həqiqətən, ürəyimdə böyük bir qürur hissi var ki, torpaqlarımız mənfur düşməndən tam təmizlənib. Hətta bunun belə tezliklə baş verəcəyini xəyal edə bilməzdik. Möhtəşəm qələbədir. Eyni zamanda qəlbimdə dərin bir kədər hissi var. Bu onunla bağlıdır ki, torpaq varlıların, vətən isə kasıblarındır. Bu vətən uğrunda şəhid gedən və şikəst olan, müstəqilliyimiz üçün Qarabağ uğrunda mübarizə aparan minlərlə insanları xatırlamaya bilmirəm. Axı onlar bu vətəni xilas etdilər, vətən üçün şəhid oldular, yaralandılar, çalışıb-vuruşdular. Lakin onların bu əməyindən, müstəqillikdən kimlər faydalanır? Axı bunlardan bütün xalqımız faydalanmalıdır, yalnız varlı hissə, öz övladlarını hərbdən yayındırıb, vətənin müdafiəsindən yayındıranlar, harınxorlar, haramxorlar yox. Buna görə də məndə həmişə bu ikili duyğu yaşayır. Biz vətənimiz, xalqımız üçün mələk olmaq istədik, amma uduzduq. Zülmlə qurduğumuz milli azadlıq hərəkatının nəticəsi olaraq hakimiyyət təhvil verildi. Minlərlə, on minlərlə insanda məyusluq yarandı, xaricə köçdülər. Ölkə ədalətsizliyin, əxlaqsızlığın, nankorluğun, qədirbilməzliyin, inamsızlığın içində çırpınır. Axı biz belə dövlət qurmaq istəmirdik. 1991-ci ildə biz müstəqilliyə səs verən zaman cəmi iki ay əvvəl 43 nəfəri çıxmaqla həmin insanlar hamısı müstəqilliyin əleyhinə səs vermişdi. Yalnız "yuxarıdan" göstərişdən sonra müstəqilliyə səs verdilər. Niyə xalqımız belədir? Hətta düşmən Ermənistan belə o zaman SSRİ-nin saxlanmasını bütövlükdə boykot etmişdi. Bəs bizim xalqımız nə vaxt biz istəyən kondisiya həddinə gələcək? Hər bir halda uğurlar arzulayıram. İstəyirəm ki, xalqımın hamısı azad, gözəl, firavan yaşasın. Əxlaq tamamilə bərqərar olsun. İnsanların bir-birinə inamı bərpa olsun və ədalət həqiqətən zəfər çalsın, ədalətsizlik deyil".
Bunun ardından T.Kərimli Partiya ətrafında səsləndirilən iddialar barədə suallarımıza belə aydınlıq gətirib:
"Bu adam öyrədilməyibsə, niyə on iki gün sonra cavab verir? Çıxışıma diqqət edin, görün xalqa qarşı nəsə var? Əksinə, xalqın müdafiəsidir. Baş qoşmaq istəmirdim, amma əlac yoxdur, təhqir edib, partiyada vəzifə tutub. Cümşüd Nuriyev deyir ki, Vəhdət Partiyasının Siyasi Şurasının 60-70% üzvü mənim qohum-əqrəbamdır. Siyasi Şurada cəmi bir qardaşım var. O da müavinlikdən çıxarılıb, Siyasi Şuranın üzvüdür. Heç bir rəhbər vəzifədə adamım yoxdur. Məgər yüzlərlə adam hamısı qardaşım, qohumumdur? Qardaşımın biri isə Partiyanın adi üzvüdür. Cümşüd Nuriyev kimə papaq atır? Bəlkə, başqa partiyalara papaq atır ki, rəhbərlikdə qohumluq əlaqələri var? Bizdə yoxdur. Qohumluq etsəydim, partiya sədri ya özüm olardım, ya da qohuma, qardaşıma verərdim. Görün bu adam nə qədər böhtanlar atmaqla məşğuldur. Bunu da deyir ki, Tahir mənim dostumdur. Yalan deyir. O mənə həmişə düşmən münasibət bəsləyib. Bir neçə dəfə Ağsudan deputat olmaq istəyib, amma ola bilməyib. Bəlkə, bunun acığını çıxır, bilmirəm. Əlinə fürsət düşüb, təhqir edir. Təəssüf edirəm, mən partiya sədrliyindən gedəndən sonra rahatlıq axtarırdım, amma başıma belə narahatlıqlar gətirirlər. Deyir ki, 2020-ci ildə guya Prezident Administrasiyasında neçənci mərtəbəyə çıxmışam. Həmin vaxt kim vəzifədə olub. Ramiz Mehdiyev olmayıb. Ağsudan da heç kim vəzifədə olmayıb. O adamın adını deməyən şərəfsizdir. Desin, görək, kiminlə görüşmüşəm. Məni xalqım seçib, həqiqətən səs verib, saxtakara ehtiyacım olmayıb. Dövlətim də, dövlət başçıları da bunu qəbul ediblər. Bu nə böhtandır üstümə atır? Görünür, tale belə qismət verib ki, bu cür düşmənlər mənə hücum etsinlər. Mənim heç kimin qarşısında gözükölgəliyim yoxdur. Çox təəssüf ki, ailəsinin şərəfini satanlar şaiyə yayırlar ki, Tahir partiyanı pulla satıb. Nə qədər alçaq olasan... Məni özlərinə bənzədirlər. Bu, mümkün olan variant deyil. Belə olsa, sakitcə kənarda dayanaram, deyərəm ki, partiya necə olur, olsun. Mən çıxandan sonra partiyada ciddi narahatlıqlar yaşandı. Xoşuma gəlməyən müəyyən proseslər getdi. Mən səmimi qəlbdən Adəm bəyi (red.- VP sədri Adəm Bakuvini nəzərdə tutur) sədr görmək istədim. Hər şeyi danışmaq istəmirəm. Bilirəm ki, bütün məsələlər mənim üstümdə qurulub. Qol-qanadımı qırmaq, Vəhdəti - milli azadlıq hərəkatından on illərlə əzab-əziyyətlə qurduğumuz partiyanı dəyişmək... Belə şeylər məni ağrıdır. Amma bu gün də istəyirəm ki, partiya sədrinə kömək edim. Nəyə görə əvəzində bu münasibətləri görürəm, bilinmir. Heç bilmirik, Adəm İsmayılın müşavirləri harada qeydiyyatdan keçirlər. Ştat cədvəlini də Baş Məclis təsdiq etmədi. Bilmirəm, necə edim. Heç bir iclas keçirilmir. Bir nəfər belə müavin, iş yoxdur. Həmişə demişəm ki, kimi istəyirsən, vəzifəyə təyin et, amma ştat cədvəlini təsdiq edək, Siyasi Şura iclaslar keçirsin, partiya öz mahiyyətini dəyişməsin. Bəli, biz dövlətimizi, Prezidentimizi müdafiə edirik. Buna şübhə yoxdur. Nədənsə şübhə yaratmaq istəyirlər ki, guya Tahir sədrlikdən çıxandan sonra hökümətə qarşı gedir. Nəsə etmək istəyirlər. Təkcə mənim yox, ailəmin də lazım olmayan söhbətlərdə adı çəkilir. Bunu Cümşüd vasitəsilə etdilər. Bu adamlar yenə mənə qarşı qoymağa yerlimi tapıblar ki, camaat bizə gülsün. Vaxtilə partiya parçalananda da yerlilərimdən mənə qarşı istifadə etdilər. Deyəsən, bu, klassik metoddur. Bu gün də mən partiya sədrinə kömək etmək istəyirəm. Amma nəinki mənə, digərlərinə də əməkhaqqı ödənilməyib. Bildiyiniz kimi, partiya dövlətdən maliyyələşmir. Bilmirəm, Adəm müəllim, bəlkə, çətinlik çəkir. Maliyyə ilə bağlı söz-söhbət hamısı böhtandır. Siyasi, ideoloji cəhətdən sıxışdırıldığımı, əldə etdiklərimizin üstündən xətt çəkilməsi xəttini açıq duyuram".
Qeyd: Partiyanın bu ilin iyunundan sədri Adəm İsmayıl Bakuvidir.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025