İqtisadiyyat (Bu gün, 09:51)
Rövşən Nəcəfin imzası altında MAAŞ ARTIMI SAXTAKARLIĞI...
Xəbər verildiyi kimi, SOCAR prezidenti Rövşən Nəcəfin 7 noyabr 2025-ci il tarixli əmri ilə şirkət əməkdaşlarının maaşlarının 2026-cı ildən etibarən 30% artırılması barədə məlumat mətbuatda yayılıb."DİA-AZ" xəbər verir ki, sosial şəbəkələrdə sənədin fotosu paylaşıldıqdan sonra diqqət çəkən bir detal geniş müzakirələrə səbəb olub.
Belə ki, əmrdə imza tarixi 2025-ci il göstərilsə də, sənədin nömrələnmə hissəsində 2023 rəqəminin yer alması istifadəçilər tərəfindən ziddiyyət kimi qiymətləndirilib.
Bu uyğunsuzluq SOCAR-ın sənədləşmə prosedurları ilə bağlı suallar doğurub və müxtəlif ehtimalların irəli sürülməsinə gətirib çıxarıb. Hazırda şirkət tərəfindən sənəddəki tarix fərqi ilə bağlı heç bir açıqlama verilməyib.
Qeyd edək ki, yayılan sənədin üzərində № 14-2-2-13/3-1M-5 /2023 nömrəsi əks olunub. Məhz sənəd nömrəsinin sonunda “2023” rəqəminin yazılması, tarixin isə “7 noyabr 2025” göstərilməsi sosial şəbəkələrdə tarix uyğunsuzluğu kimi qiymətləndirilib və müzakirələri daha da gücləndirib.
"DİA-AZ" bildirir ki, bu məsələyə reaksiya verən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı əslində SOCAR şefi Rövşən Nəcəfin adı ilə, imzası ilə edilən bu saxtakarlığı bir cümlə ilə şərh edib: "Səhv “yağ küpəsində idi..."
Hər halda, kifayət qədər müddət keçməsinə rəğmən hələ də SOCAR-dan hansısa formada izahat verilməyib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025


























