Sosial (Bu gün, 15:22)
Dələduzluqda ittiham olunan şəxs necə rəis təyin olundu? – ETSN hələ da susur…
Bir müddət öncə elektron poçtumuza daxil olan məlumatlar əsasında saytımızda dərc olunan, “Ekologiyanı pulla çirkləndirənlər – ETSN-də rüşvət qalmaqalı” başlıqlı məqalə Ekologiya və Təbii Sərvətlər nazirliyi istisna olmaqla ictimaiyyət arasında geniş rezonans doğurmuşdu. Mövzu ilə tanış olmayan oxucularımıza xatırladaq ki, məqalə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən “Azərbaycan Yaşıllaşdırma və Landştaft Quruluşu” ASC-nin nəzdindəkiSuvarma sistemlərinin istismarı və təmiri idarəsinin direktoru Xəqani İsmayılovun qanunsuz əməllərindən bəhs edilirdi. Belə ki, Cəlilabad rayon sakini Adil Mirəliyevin iddiasına görə , Xəqani İsamyılov, onun oğlu Mirəliyev Famili rəhbərlik etdiyi idarəyə işə götürmək üçün ondan 30 (Otuz) min manat rüşvət alıb. Bu işin detalları barəsində mətbuat səhifələrində geniş yazılar dərc edilməsinə baxmayaq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəhbərlik edən nazir əvəzi Rəşad İsmayılov hələ də susur.Nə isə…
Amma, onu da qeyd etməyi özümüzə borc bilirik ki, Ekologiya Nazirliyi bu rüşvət qalmaqalı məsələsinə nə qədər susqun yanaşsa da, (məsələnin təfərrüatları nazirliyin məxvi şöbəsini Zaur adlı əməkdaşı tərəfindən araşdırılıb) ictimaiyyət tərəfindən geniş müzakirələrə səbəb olmuşdur. Bunu, Xəqani İsmayılovun qanunsuz əməlləri barəsində olan telefon zəngləri də bir daha sübut edir. Daxil olan məlumatlar içərisində daha çox diqqətimizi çəkən bir məsələni sizinlə və aidiyyəti orqanlarla bölüşmək istəyirik.
Нörmətli oxucular, 5-6 il öncə Müsavat.com хəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Şükürovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prossesdə dövlət ittihamçısı çıxış edib. Prоkuror S.Şükürovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Qeyd edək ki, bu işdə adı keçən Natiq Mammadov isə hələ də axtarışdadir. Cinayət işində adı kesan Əli Kərimbəylinin də məhkəməyə çağırılaraq dindirilməsi tələb edilir. Çünki, məhkəmədə Sahib Şükürovdan İlqar Əliyevi aldatması epizodu soruşulanda 0, Əli Kərimbəylinin adını çəkmişdi. Məlum olub ki, S. Şükürov İlqar Əliyevdən 49 min manat alaraq onu Nazirlər Kabinetində işə düzəldəcəyini deyib.
S. Şükürov bunu təsdiqləyib: “Vaxtı ilə mənim əsgərim olan Xəqani (söhbət hal hazızda bəhs etdiyimiz Xəqani İsmayılovdan gedir) məndən xahiş etdi ki, İlqar Əliyevi işə düzəldək. Mən də Natiq Məmmədovdan xahiş etdim.”
Xatırladaq ki, Sahib Şükürov iki epizod üzrə təqsirləndirilib. Digər epizod isə Xanımbacı İsmayılovanın aldadılmasıdır. X. İsmayılovanın qızını həbsdən çıxaracağı vədi ilə 800 (səkkiz yüz) minə yaxın pulunu alıb.
Sahib Şükürov bu əməlini də etiraf edib. O, bu isi də ona vaxtilə əsgəri olmuş Xəqani İsmayılovun təklif etdiyini bildirib. Bildirək ki, Sahib Şükürov cinayət məcəlləsinin 178.3.2 maddəsi ilə 11 il azadlıqdan məhrum edilib.
İs materiallarından da göründüyü kimi, Xəqani İsmayilov Sahib Şükürovla hər iki epizodda əlbir fəaliyyət göstərib. Məhz, buna görə də Xəqani İsmayılov həbs edilərək Kürdəxanı təcridxanasına göndərilir. Amma, sonradan hansısa “gözəgözünməz qüvvələrin” vasitəsilə Xəqani İsmayılov bu cinayət əməlindən qurtula bilir, necə deyərlər “sudan quru çıxır”. Yəni, bu məsələləri xatırlatmaqda məqsədimiz odur ki, oxucularımıza və aidiyyəti orqanların nəzərinə çatdıraq ki, rüşvətlə insanları işə düzəltmək və yaxud bu yönümdə manipulyasiya etmək Xəqani İsmayilovun “qədim peşəsidir”.
Qiyas Həsənov
Aktualinfo.net
P.S. Növbəti yazımızda Xəqani İsmayılovun rəhbərlik etdiyi idarədə dövlət əmlakının necə talan edilməsindən, Ramiq Əşrəfovun , Samux rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyevin onu niyə müdafiə etmələrindən və digər maraqlı məsələlərdən bəhs edəcəyik.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025


























