Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (Bu gün, 16:59)
Nazirliklə teatr arasındakı qalmaqalda adı hallanan Əfsun Əhmədov kimdir?

 Azərbaycan Dövlət Kukla Teatrının rejissoru Səidə Haqverdiyeva özünün və sözügedən teatrın direktoru olan həyat yoldaşı Rəşad Əhmədzadənin təzyiqlərə məruz qaldığını bəyan edib. Rejissor açıqlamalarında baş verənlərin əsas fiqurantı kimi Azərbaycan Kukla Teatrının aktrisası Nərmin Əhmədovanın adını çəkib.

Səidə Haqverdiyeva onu və həyat yoldaşını təhdid edən Nərmin Əhmədovanın Mədəniyyət Nazirliyi səviyyəsində himayə olunduğunu bildirib. Nərmin Əhmədovaya privilegiyalar verilməsini isə onun həyat yoldaşı Əfsun Əhmədovun şirkət rəhbəri olması ilə izah edir.

Səidə Haqverdiyeva detallara varmasa da, sözlərindən belə anlaşılır ki, Əfsun Əhmədovla Mədəniyyət Nazirliyi arasında hansısa qaranlıq əlaqələr var.

AFN.az-ın Ə.Əhmədovun kimliyi ilə bağlı apardığı kiçik araşdırma zamanı məlum olub ki, o, Mədəniyyət və Turizm Nazirliyinin zamanında qurumda rəhbər vəzifədə çalışıb. Ə.Əhmədov qurumun ümumi işlər şöbəsində işləyib. Həmin vaxtlar nazirlik ikimərtəbəli tur avtobusları alıb və həmin avtobuslara nəzarət məhz Ə.Əhmədova tapşırılıb. İşində çatışmazlıqlar aşkarlandığı üçün keçmiş nazir Əbülfəs Qarayev onu cəzalandıraraq avtobuslardan istifadə hüququnu o vaxtkı Bakı Turizm İnformasiya mərkəzinin rəhbərinə həvalə edib.

Bundan sonra Ə.Əhmədov Ə.Qarayevin gözündən düşdüyü üçün qurumdan uzaqlaşdırılıb. Lakin sonradan özünə "Next Group" nəqliyyat şirkətini qurub, nazirlikdəki keçmiş iş yoldaşları, dostları ilə əlaqəyə girərək asanlıqla tenderlərə qoşulub və "qalib" gəlib. Keçmiş mədəniyyət naziri Anar Kərimovun və hazırkı nazir Adil Kərimlinin dövründə bu əməkdaşlıq xüsusilə vüsət alıb. AFN.az-a bütün bunlarla bağlı məlumat verən mənbənin sözlərinə görə, Ə.Əhmədov çox rahat şəkildə, heç kimdən çəkinmədən Baş Prokurorluqda vəzifədə işləyən qohumunun adını da hallandırır.

Bütün bu qeyd edilənləri Qaynarinfo-nun araşdırmaları da təsdiq edir. Sayt yazır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Next Group” MMC-nin 4 dekabr 2017-ci ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Qədir Məmmədov küçəsi, ev 7A, məhəllə 2947, mənzil 30, korpus D, giriş 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əhmədov Əfsun Məzahir oğludur.

"Next Group” MMC beynəlxalq və yerli statuslu tədbirlərin təşkili, nəqliyyat xidmətlərinin icarəsi və idarə edilməsi ilə məşğuldur. Bu barədə şirkətin rəsmi-veb səhifəsində qeyd edilib.

Dövlət satınalmalarının vahid elektron portalı üzərindən apardığımız araşdırmadan aydın olur ki, "Next Group” MMC ötən il Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən "Əsaslı Tikinti və Təchizat” MMC ilə ümumi maliyyə dəyəri 608 020 manat təşkil edən satınalma müqavilələri imzalayıb.

Müqavilələrin üçü birbaşa Mədəniyyət Nazirliyi ilə, beşi isə "Əsaslı Tikinti və Təchizat” MMC ilə bağlanıb. Bu müqavilələr üzrə satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib.

"Dövlət satınalmaları haqqında” Qanuna görə birmənbə metodu aşağıdakı hallarda tətbiq edilə bilər:

49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;

49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda:

49.1.2.1. tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olarsa və ya bu hallar satınalan təşkilatın bilərəkdən gözləməsinin nəticəsi olmadıqda;

49.1.2.2. təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;

49.1.3. satınalan təşkilat hər hansı təchizatçıdan satınalma predmetini satın aldıqdan sonra standartlaşdırma mülahizələrinə əsasən və ya mövcud satınalma predmetinə uyğunluğu təmin etmək zərurəti baxımından satınalma predmetini həmin təchizatçıdan satın alınması qənaətinə gəldikdə, habelə keçirilməsi planlaşdırılan satınalma texnoloji və ya müəlliflik hüququ baxımından əvvəlki satınalma predmetinin davamı olduqda;

49.1.4. satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

"Next Group” MMC-nin Mədəniyyət Nazirliyi və "Əsaslı Tikinti və Təchizat” MMC ilə bağladığı satınalma müqavilələri üzrə satınalma predmetləri, həmçinin şirkətin fəaliyyət sferası birmənbə metodunu istisna edir. Bu halda satınalma prosedurunun şəffaflığına suallar yaranır.

Azərbaycan "Next Group” MMC kimi eyni xidməti göstərən onlarla şirkət var. Mədəniyyət Nazirliyinin satınalmalarda yalnız "Next Group” MMC-yə üstünlük verməsi təbii olaraq şirkətlə qurum arasında hansısa özəl əlaqələrin olduğuna dair şübhələri artırır.

Görünür, Səidə Haqverdiyeva şübhələrində yanılmayıb. Yaxud mümkündür ki, o, nazirliklə "Next Group” MMC arasındakı tender sövdələşmələri barədə daha artıq məlumatlıdır. Yeri gəlmişkən, kluarlarda gəzən söhbətlərə görə, "Next Group” MMC Mədəniyyət Nazirliyinin xətti ilə 2 milyon manatlıq sifariş alıb. Hazırda bununla bağlı araşdırmalarımız davam edir.

AFN.az

​​​​шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025