Sosial (Bu gün, 10:11)
Ət bahalaşdı, bəs toy menyularının QİYMƏTİ? - VEGETARİAN TOYUNA KEÇƏCƏYİK?
Son vaxtlar mal ətinin qiymətində ciddi artım müşahidə olunur. Xatırladaq ki, əvvəl 22-23 manata satılan quzu əti indi 30 manata satılır. Bunun səbəbi isə heyvanlar arasında yayılan dabaq xəstəliyidir.Əlbəttə, ətin qiymətinin artması vətəndaşlarda, xüsusilə şadlıq məclisləri etmək istəyənlərdə narahatlıq yaradır. Çünki bilirik ki, Azərbaycan toyları, məclisləri ətsiz, kababsız olmur.
Bəs bu bahalaşmadan sonra toy etmək istəyənləri əlavə xərc gözləyir? Şadlıq saraylarının menyularında qiymət dəyişikliyi var?
Bizim.Media-nın əməkdaşı mövzuyla bağlı həm qiyməti münasib, həm orta, həm də bir qədər yüksək olan şadlıq saraylarıyla əlaqə saxlayıb.
İlk olaraq, münasib şadlıq saraylarından birindən bildirdilər ki, menyunun qiyməti 1 nəfər üçün 28 manatdır.
Ətin qiymətinin artması isə hələki bu qiymətə təsir etməyib. Ancaq qiymətin artıb-artmayacağı hələ məlum deyil.
İkinci olaraq, orta qiymətə menyu təklif edən iki şadlıq sarayıyla əlaqə saxladıq.
Hər ikisindən bildirdilər ki, qiymətlərdə dəyişiklik yoxdur. Hətta onlardan biri dedi ki, ətin qiyməti artsa da, bu menyuya təsir etməyəcək. Digərinin sözlərinə görə isə menyular 55 manatdan başlayır və ətin yüksələn qiyməti öncədən danışılan qiymətin dəyişməsinə səbəb olmur.
Qiymətlərin daha yüksək olduğu şadlıq sarayından isə bildirildi ki, menyunun qiyməti bir nəfər üçün 250 manatdan başlayır və ətin artan qiyməti menyunun qiymətini artırmayıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
























