Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (8-12-2022, 10:50)
Naxçıvanın hər qarışında YEYİNTİ VAR - Daha bir FAKT

 







DTX əməkdaşlarının yoxlamalarından sonra Naxçıvan MR Rabitə və Yeni Texlonogiyalar Nazirliyində də xeyli yeyinti aşkarlanıb. Mediatv.az   bildirir ki, bu haqda "Gündəlik Naxçıvan"a nazirliyin əməkdaşları məlumat verib. Onlar deyir ki, yeyintiyə görə, nazir Vüsal Sevdimalıyev, şöbə müdiri Elçin Ələkbərov və nazirliyin tabeliyində olan İnternet Mərkəzinin əməkdaşları dindirilib:
"Nazirliyin təmiri üçün ayrılan vəsaitin 5 milyon manatı mənimsənilib. Nazir bu məsələdə tikinti işini aparan Əhməd adlı Türkiyə vətəndaşı ilə əlbir olub. Bundan əlavə, Türkiyədən alınan avadanlıqlar gömrükdə qeydiyyatdan keçirilməyib. Əlavə olaraq, həmin avadanlıqları 2-3 qat bahasına yazıb, pulu ciblərinə qoyublar. İşçilərin maaşı mənimsənilib, onlar şənbə və bazar günləri də işləməyə məcbur edilib. Nazir bütün rayonların idarə müdirlərinə aylıq 3-4 min manat tas alırmış".
Nazirlik işçiləri deyir ki, DTX araşdırmalarında sonra, nazir bütün idarələrin rəhbərlərini iməcilik adıyla toplayıb, tapşırıqlar verib:
" Vüsal müəllim bizi toplayıb dedi ki, yoxlamaları görüb, həddinizi aşmayın, aylıq hesablarınızı bundan sonra da qəpiyinə kimi çatdıracaqsız. Dedi ki, bizim arxamızda Vasif Talıbov durub və biz onun əsgərləriyik, DTX bizə heç nə edə bilməz. Yeyinti də özbaşına olmayıb. Yuxarıdan deyiblər, biz də etmişik".
Vüsal Sevdimalıyev 2020-ci ildə Naxçıvan Ali Məclis sədri Vasif Talıbovun fərmanı ilə bu vəzifəyə təyin olunub.
DTX Naxçıvanda bir müddətdir ki, yoxlamalar aparır. Yoxlamalar nəticəsində bir çox nazirlikdə yeyinti aşkarlanıb. Artıq Naxçıvanın maliyyə naziri və gömrük komitəsinin şöbə müdiri dövlət vəsaitinin külli miqdarda mənimsəməyə görə, həbs olunublar
шаблоны для dle 11.2

Xəbər lenti
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024