Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (7-12-2022, 09:12)
Acı Naxçıvan reallıqları... - İLGİNC FAKTLAR

 



Mediatv.az  olaraq tanınmış jurnalist Heydər Oğuzun Naxçıvanla bağlı paylaşdığı ayrı-ayrı olayları diqqətinizə təqdim edirik. Beləliklə...

***

Naxçıvandan məktublar: Zorla dəlixanaya salınan Tamilə ana Boz kardinal Azər Zeynalovu niyə qarğıyırdı?
"Ali Məclisin müavini Azər Zeynalovun hal-hazırdakı imarəti inşa olunan zaman, orada yaşayan bütün insanlar başqa yerə köçürülürdü. O zaman orada yaşayan kimsəsiz qadınlar - Tamilə ana və qızları Naibə ilə Vəsilə öz dədə-baba evlərindən çıxmamaq üçün müqavimət göstərirdilər. Qızlar müəllimə işlədikləri üçün hədə-qorxulara boyun əyib öz evlərindən imtina etmək məcburiyyətində qaldılar, Tamilə ana isə evini tərk etmədi. Tamiləni dəli adı ilə dəlixanaya köçürdülər. O, ömrünün axırına qədər dəlixanada yaşamağa məcbur edildi.
Şahidlərin bildirdiklərinə görə rəhmətlik Tamilə xanım ömrünün sonuna qədər Azərə qarğış edirdi, o torpaqdan xeyir görməməsi üçün Tanrıya yalvarırdı. Tamilə xanımın dualarının çin çıxması çox yaxındır".

***

Pəncov İsanın qarın ağrısı
Pəncov İsanın "xan" və muxtariyyətlik uğrunda niyə canfəşanlıq etdiyinin sirri üzə çıxır.
AMEA-dakı mənbələrdən aldığım məlumata görə, bu elm ocağında akademik ünvanı seçki yolu müəyyənləşdirilir. Sadəcə 5 akademikdən başqa. Həmin 5 akademik Naxçıvanın kvotasına daxildir. Yəni onları ömrünü elmi fəaliyyətə həsr edən alimlər yox, XX əsri "xıxı əsri" kimi oxumaq savadına malik olan "xan" həzrətləri seçir.
Elm aləmində Pəncov İsa kimi tanınan indiki akademikbaşı Naxçıvanın kvotasına düşüb. Yəni onu da xan seçib. Əgər Naxçıvanın muxtariyyət statusu ləğv olunarsa, Pəncov İsa nəinki akademikbaşılığını, hətta sadəcə akademik adını itirə bilər.
İndi bildiniz, İsa müəllimin qarnının ağrısı nə imiş?

***

Azər Zeynalovun Qara Pişiyi təəccübləndirən acgözlüyü
"Vasif Talıbovun müavini Azərin həyat yoldaşı İmanova (Zeynalova) Sevda rəsmi sənədlərə görə, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İstedad kursları, evinin altındakı və digər obyektlər onun VÖEN-inə bağlıdır. Buna baxmayaraq xanımın adına Təhsil Nazirliyinin tərkibində Texniki Yaradıcılıq Mərkəzində tam dərs yükü iş yazılıb, guya bütün günü dərs deyir. Faktiki olaraq işə gəlmir, lakin hər ay bank kartına müftə əmək haqqı köçürülür", - deyən Qara Pişik Naxçıvanın "Boz kardinalı" Azər Zeynalovun bu acgözlüyünə elə heyrətlənib ki, gözü bərələ-bərələ qalıb.
Onun fikrincə, Azər Zeynalov bu qədər mal-mülkün qarşılığında bir də həyat yoldaşına müftə əmək haqqı yazdırmaqla lap ağını çıxarıb.
"Nə qədər acgöz adam olasan ki, "qırılan qoşundandır" deyir, dövlət büdcəsini dağıdasan", - deyə-deyə var-gəl edən Qara Pişik təəccübünü gizlədə bilmir.

***

Yadulla İbn Azərə niyə fərqlənmə attestatı verilib?
Yəqin yadınızdadır, bir müddət əvvəl Vasif Talıbovun qardaşı olan Məhərrəmin oğlu Elnura Azərbaycan dili dərsindən iki yazdığına görə müəllimə vətən xaini elan edilib Naxçıvandan çıxarılmışdı.
Qara Pişiyin dediyinə görə, Naxçıvan təhsilində bu cür qeyri-adi hadisələr ilk dəfədir baş vermir. Qeyri-adi hadisələrdən biri Azər Zeynalovun oğlu Yadullann təhsil həyatında da baş verib.
"Zeynalov Yadulla 8 nömrəli məktəbi 4 qiyməti ilə bitirib. Buna baxmayaraq ona fərqlənmə attestatı verilib. Bu yeni nazir Rəhman Məmmədovun vəzifəyə təyin olunduqduqdan qısa müddət sonra Azərə jesti idi".
İnsafən, "Qara Pişik" də bu mükafatlandırmada qeyri-adilik görmür. Onun fikrincə, Yadullaya bu fərqlənmə attestatı sinif yoldaşları ilə müqayisədə verilməyib: "Yadulla öz savadına və attestat qiymətinə görə həqiqətən də Məhərrəm və Vasif Talıbovların övladlarından fərqlənib. Hər halda o, Məhərrəmin gül balası kimi "2" almayıb. Fərqləndirmə də məhz buna görə aparılıb. Axı o, rəiyyət balası deyil ki, kasıb-kusub övladı ilə müqayisə edilə. Yadulla əsilzadə övladı olduğundan müqayisəsi də xanzadələrlə aparıla bilərdi və aparılıb. Rəhman müəllimi niyə qınayırsınız?".

***

Daavamı mütləq olacaq...

***

Bütün iddia olunanlarla bağlı adları çəkilən qurum və şəxslərin də mövqeyini dinləməyə hazırıq...
шаблоны для dle 11.2

Xəbər lenti
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024