Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (2-12-2022, 08:47)
Şəkidə Qazi atası GİLEY EDİR... - MÜRACİƏT

 


Şəki rayonun Baş Göynük kənd sakini, qazi mayor Maşallah Salahovun atası Salahov Zahid Vahid oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Mən, 2 övlad atasıyam. Oğlum, 1989-cu il təvəllüdlü və hazırda Milli Ordunun mayoru olan Manşallah Salahov hərbi xidməti zamanı Aprel döyüşlərində və 44 günlük Vətən Müharibəsində iştirak etmiş və qızğın döyüşlərdən birində yaxınlığında mərmi partlayışı nəticəsində barotravma almışdır. Uzun müddət müalicə olunmasına baxmayaraq sağlamlığını bərpa edə bilməsə də, hərbi xidmətini yenə də ağır vəziyyətdə davam etdirir. Çünki, kasıb olduğuna görə ona əillik dərəcəsi təyin etməyəcəklərini bildirmişlər. Oğlum 4 nəfərdən ibarət ailəsini dolandırmaq üçün zülümlərə, ağrılara dözərək birtəhər xidmətini davam etdirir.( artıq normal yeriyə bilmir) Eyni zamanda qazancının çoxunu da sağlamlığı üçün xərcləyir ki, şiddətli ağrılardan yeriyə bilsin.
Həyat yolaşım və mən evimzdən 18 km aralda olan pay torpaqlrında əkin biçinlə məşğul oluruq. 2021-ci ilin fevralın 19-da mən də digər insanlar kimi Şəki Məşğulluq İdarəsində işsiz kimi qeydiyyata götürürlüb özünəməşğulluq proqramına cəlb edilmişdim. Nəhayət 2022-ci ilin oktyabrın əvvəlində yenə də Şəki Məşğulluq İdarəsinə gedib qazi atası kimi növbəmin çatıb çatmamasını soruşdum. İstəyirdim ki, mən də illər uzunu boş qalmış tövləmə mal-qara aparıb baxım ki, həm özümüzü, həm də ağır yaralı olan Milli Ordu zabiti olan oğlum Manşallahın hazırda Mingəçevir şəhərində xidməti evdə məskunlaşan 4 nəfərlik ailəsinin dolanışığına köməklik edim. Lakin çox təəsüflər olsun ki, Şəki DMX-nə getməyimə peşiman etdilər. Belə ki, tanımadığım idarənin rəsmilərindən birisi üstümə kobud formada acıqlanıb qışqırdı ki, bəsdir bizi bezdirdin, rədd ol buradan. Bir də buralara gəlmə. Sənə mal verən deyilik. Onlar məni "it balası" kimi qapıdan qovdular.vƏ SİSTEMDƏN SİLDİLƏR. İndi kor peşiman evdə oturub nə edəcəyimi fikirləşirəm. Axı mən bu dövlətə nə pislik etdim ki, mən qazi atasını, Azərbaycan Ordusunun zabiti mayor Manşallah Salahovu bu formada təhqir edib qovsunlar. Axı mənim oğlum qanlı döyüş yolu keçdiyinə görə dövlətimizin başçısı ona orden və medallarla təltif etmişdir. Oğlum da Şəki DMX-nın harınlamış məmurlarının atasına qarşı vəhşi hərəkətlərindən çox mənəvi əziyyət çəkir.
Bildirim ki, kəndimizdə evimizdəki dəyəri olan hər şeyi satıb oğlumun müalicəsinə sərf etmişik. İndi çox kasıbılıqla dolanırıq.
Ona görə də cənab Ali Baş Komandana müraciət etmək qərarına gəldim ki, bizim yaralı zabit oğlumla birlikdə ailəmizin düşdüyü iqtisadi vəziyyətdən çıxarmaq üçün bir köməklik göstərsin. Bu məmurlara qalsa, bizim hamımızın qanlarını içsələr yenə ürəkləri soyumaz.
Cənab Prezident Sizdən çox xahiş edirəm ki, məni, Müharibə zamanı ağır yaralanmış zabit atasını ƏƏSMN-nin Şəki DMX-dən əsassız olaraq özünəməşğulluq proqramından kənarlaşdılmağımla bağlı araşdırma aparılmasına və məni yenidən bu layihəyə cəlb edilməyimə köməklik göstərilməyimə yardım edəsiniz. Allah amanında- sağ olun".
Məsələ ilə bağlı  bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...
шаблоны для dle 11.2

Xəbər lenti
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024