Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Sağlamlıq (14-06-2018, 18:30)
Əli Əhmədov: "Yaxın illərdə icbari tibbi sığorta bütün ölkə üzrə həyata keçiriləcək"

Əli Əhmədov: "Yaxın illərdə icbari tibbi sığorta bütün ölkə üzrə həyata keçiriləcək"

 

Güman edirəm ki, yaxın illərdə icbari tibbi sığorta Azərbaycanın bütün ərazisində həyata keçiriləcək.

Mediatv.az  Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə baş nazirin müavini Əli Əhmədov bildirib.

Ə.Əhmədov bildirib ki, Yevlax, Mingəçevir və Ağdaşda icbari tibbi sığortanın pilot layihə kimi tətbiqi uğurlu nəticə verib.

Baş nazirin müavininin sözlərinə görə, payız aylarında Milli Məclisə icbari tibbi sığorta ilə bağlı yeni qanun layihələri, eyni zamanda qanunlara yeni dəyişikliklər təqdim ediləcək: "Bu sənədlər qəbul olunduqdan sonra bütün Azərbaycan miqyasında icbari tibbi sığortanın tətbiqi mümkün olacaq".

İcbari tibbi sığorta haqqına gəlincə isə baş nazirin müavini bildirib ki, Azərbaycanın işləyən vətəndaşları əməkhaqlarından müəyyən faizlər ödəyəcək, işləməyən, bizneslə məşğul olan vətəndaşlar isə müəyyənləşdirilmiş dərəcədə tibbi sığortaya töhfələrini verəcəklər: "Amma bəzi kateqoriyalar, məsələn, pensiyaçılar, uşaqlar, əlillər icbari tibbi sığorta haqqını ödəməkdən azad olunacaqlar. Dövlət bu vəzifəni öz üzərinə götürəcək".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024