Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (27-11-2017, 15:30)
Tibbi sığorta sisteminin baza zərfinə bu da daxil ediləcək

Tibbi sığorta sisteminin baza zərfinə bu da daxil ediləcək

 

"Növbəti ildə icbari tibbi sığorta sisteminin tətbiqi üçün baza zərfinin təkmilləşdirilməsi məsələsinə baxıla bilər".

Mediatv.az  Report-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib. 

Baza zərfində dərman təminatının olmamasının əhali üçün müəyyən çətinliklər yaratdığını qeyd edən Z.Əliyevin sözlərinə görə, bu səbəbdən növbəti ildə dərman təminatının, yəni həyati vacib dərmanların zərfə daxil edilməsi nəzərdə tutulur. 

O əlavə edib ki, artıq bu istiqamətdə qiymətləndirilməyə başlanılıb: "Bu ildən Azərbaycan icbari tibbi sığorta sisteminin tətbiqinə başlayıb. Biz belə qərara gəldik ki, Azərbaycanda icbari tibbi sığorta sistemi sosial həmrəylik prinsiplərinə söykənərək universal tibbi təminat əsasında qurulsun. Biz baza zərfinə bütün tibbi xidmətlərin 70 faizə yaxınını daxil etdik. Nəticələr göstərir ki, vətəndaşların tibbi xidmətlərə əlçatanlığı yüksəlib. Bu ilin sonunda biz nəticələri analiz edəcəyik və növbəti addımlarımızı müəyyən edəcəyik".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
27 04 2024