Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Karusel (14-09-2014, 14:16)
Əli Əhmədov oliqarxlarla qarşıdurmaya gedir?

 

İcbari sığortaya keçidi müdafiə etməsi baş nazirin müavini üçün başağrısına çevrilə bilər

“Bütövlükdə cəmiyyət, o cümlədən səhiyyə ictimaiyyəti də icbari tibbi sığortaya keçidin zəruriliyini, bəlkə də deyərdim, qaçılmazlığını dərk edir”. Bu sözləri baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov “Azərbaycan” qəzetinə müsahibəsində deyib. Əli Əhmədovun sözlərinə görə, səhiyyədə yeni sistemə keçid artıq obyektiv zərurətə çevrilib. “Konkret fəaliyyətə gəldikdə isə qeyd etməyi vacib bilirəm ki, icbari tibbi sığortaya keçilməsi ilə əlaqədar intensiv dəyərləndirmələr aparılır, ayrı-ayrı ölkələrin təcrübəsi öyrənilir, zəruri normativ sənədlərin hazırlanması üzərində iş gedir”.

O, icbari sığortaya keçidi təqdir edən baş nazirin müavini da sonra bildirib: “Icbari tibbi sığortaya keçid hər şeydən əvvəl, indi bizdə mövcud olan səhiyyə xidmətinin, necə deyərlər, fəlsəfəsini dəyişəcək. Əhaliyə səhiyyə xidmətinin təşkili, onun lazımi səviyyədə maliyyələşdirilməsi hər bir müasir dövlətin başlıca vəzifəsidir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin təmin edilməsi Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin təməl prinsiplərindəndir. Söhbət xidmətin keyfiyyətinin daha da artırılmasından, ayrılan dövlət vəsaitlərinin daha ünvanlı və səmərəli xərclənməsinin təmin edilməsindən gedir. Icbari tibbi sığorta burada ən əlverişli vasitə kimi nəzərdən keçirilir”.

Təbii ki, icbari sığortaya keçid müsbət addımdır. Lakin görünür, Əli Əhmədov fərqində deyil ki, Azərbaycanda icbari sığortanın tətbiqinə kifayət qədər maneələr var və güman ki, maraqlı qüvvələr bunun baş tutmaması üçün səylərini davam etdirəcəklər. Icbari sığortaya keçid vətəndaşların maraqlarına uyğun olsa da, hakimiyyətdəki oliqarxların biznesinə ciddi zərbədir. Əvvəla ona görə ki, icbari sığorta səhiyyə sahəsində korrupsiya və rüşvətxorluğa ciddi zərbə vuracaq ki, bu bütövlükdə hakimiyyətə sərf etmir. Axı Azərbaycan hakimiyyətinin siyasətində prioritet korrupsiyanı çiçəkləndirməkdir. Digər tərəfdən ölkədə fəaliyyət göstərən özəl klinikalar oliqarxların nəzarətindədir. Hazırda dövlət xəstəxanası da maliyyə xərclərinə görə özəl klinikalardan fərqlənmir. Yəni, vətəndaş dövlət xəstəxanasına da müalicə olunmaq üçün qanunsuz olsa da “ödəniş” etməyə məcbur edilir. Icbari sığortaya keçiddən sonra isə dövlət xəstəxənalarında vətəndaş “ödəniş” tələb etmək mümkün olmayacaq. Beləliklə, vətəndaş dövlət xəstəxanasında, məsələn, əməliyyat olunmağa üstün verəcək. Beləliklə, icbari sığortanı təqdir edən Əli Əhmədov (əgər səmimidirsə) bu məsələdə oliqarxlarla toqquşa bilər.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024