Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (23-03-2014, 18:21)
Fazil Mustafa Mehdiyevi müdafiə etdi

“Sadəcə bu kampaniyanın içində olanlara diqqət yetirin ki, bu gün baş alıb gedən böhtanların iki aydan sonra tam əsassız olduğunu ortaya çıxanda hər kəsin kimliyinə doğru qiymət verəsiniz”.   “Axar.az” xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində millət vəkili Fazil Mustafa yazıb.   O, Fərhad Mehdiyevlə bağlı yayılan bütün sənədlərin hamısını yalan adlandırıb. “Bu millətin savadlı, ortaya çıxarılacaq insanlarının sayı nə qədərdir? Hər halda on minlərlə deyil. Sanki kimsə oturub kompüterin arxasında Azərbaycanın işıqlı insanları, xüsusilə də müstəqil düşüncə sahibi olan intellektual insanlarını sıradan çıxarma kampaniyası aparır. Fərhad Mehdiyevə qarşı sənədin də, bir neçə gündür ayrı-ayrı istedadlı gənc vətəndaşlarımız barədə yayılan məktublar kimi saxta olduğunu bütün saytlar çox gözəl bilirlər. Hamısı yalanı xüsusi sensasiya kimi dərhal yerləşdirirlər”.     Millət vəkili daha sonra Fərhad Mehdiyevlə bağlı sənəd yayanların hər birini saxtakar adlandırıb. “Sadəcə bu kampaniyanın içində olanlara diqqət yetirin ki, bu gün baş alıb gedən böhtanların iki aydan sonra tam əsassız olduğunu ortaya çıxanda hər kəsin kimliyinə doğru qiymət verəsiniz. Sadəcə bir faktı xatırladım ki, 2011-ci ildə ABŞ-da Kanzas-Siti ştatındakı Universitetdə olarkən oranın amerikalı alimləri Fərhad Mehdiyevdən o qədər ağızdolusu danışdılar ki, orada olan bütün azərbaycanlılar qürur duydu. Buyurun, yox etmək üçün əlinizdən gələni edin, yalançı vətənpərvərlər, saxtakar dövlətçilər!”   Qeyd edək ki, dünən mediaya sızan sənədlərdə Fərhad Mehdiyev nurçuların Azərbaycanda “emniyyet imamı” adlandırılıb və buna görə ona 70 min manat pul göndərildiyi bildirilib. Məlumatı yayanlar həmçinin Fərhad Mehdiyevin bahalı avtomobilinə diqqət çəkib, müəllim maaşı ilə belə avtomobil almağın mümkünsüzlüyü arqumentini əsas gətiriblər.   F.Mehdiyev isə cəmi 18 min dollar dəyərində olan avtomobilinin "bahalı maşın" deyə hallandırılmasını oxucuları çaşdırmağa xidmət edən təxribat adlandırıb. Politoloq Novruz bayramından sonra məlumatı yayanları məhkəməyə verib onlardan 10 min manat təzminat istəyəcəyini bildirib.   - See more at: http://axar.az/news/12373#sthash.LU1Z2tr9.dpuf

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024