Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Redaktor seçimi (Bu gün, 08:12)
“7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC – dövlət qurumu, yoxsa ailə podratı?

 

Redaksiyamıza daxil olan məlumatlarda “7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir. Məlumatlarda qeyd olunur ki, qurumun rəhbəri Məhəmməd Musayev və onun qohumu olduğu bildirilən Nazir Nəhmətov son iki ildə idarəni faktiki olaraq şəxsi təsərrüfat kimi idarə edir, səlahiyyət həddini aşan addımlar atırlar.Daxil olmuş məlumatda Məhəmməd Musayevin Saleh Məmmədovun bacısının qudası,Nəzir Nəhmətov isə bacısı oğlu olduğu bildirilir. 

İddialara görə, Saleh Məmmədovun vəzifədən getməsindən sonra sözügedən şəxslər tərəfindən bəzi sənədlərin, o cümlədən arxiv materiallarının dəyişdirilməsi və ya saxtalaşdırılması istiqamətində addımlar atılıb. Bu prosesdə “Rza” adlı şəxsin xüsusi rol oynadığı iddia olunur.
Daha bir diqqətçəkən iddia isə idarə əməkdaşlarının, xüsusilə ustaların, Binə qəsəbəsində yerləşdiyi bildirilən torpaq sahələrində və şəxsi obyektlərdə işlədilməsidir. Məlumata görə, bəzi əməkdaşlar bununla bağlı narazılıq etdikdə müxtəlif təzyiqlərlə, o cümlədən işdən çıxarılma hədələri ilə üzləşiblər. Əgər bu faktlar təsdiqini taparsa, bu, əmək qanunvericiliyinin və etik normaların ciddi pozuntusu kimi qiymətləndirilə bilər.
Mediatv.az xəbər verir ki, dövlət vəsaiti hesabına fəaliyyət göstərən qurumlarda əmək resurslarının şəxsi məqsədlər üçün istifadə olunması həm qanunvericiliyə, həm də dövlət idarəçiliyi prinsiplərinə ziddir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi və korrupsiyaya qarşı mübarizə haqqında qanunvericilik belə hallara yol verilməsini qadağan edir.
Məsələnin digər tərəfi isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) yeni rəhbəri Vüsal Nəsirlinin bu iddialara münasibətinin necə olacağıdır. Yeni rəhbərlik tərəfindən qurumun tabeliyində olan müəssisələrdə şəffaflığın və intizamın gücləndirilməsi istiqamətində real addımlar atılacaqmı,yoxsa “köhnə komandanın kölgəsi” davam edəcək ? Səsləndirilən ittihamlar araşdırılacaqmı?
 Mövzunu diqqətdə saxlayacağıq və qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Şəffaflıq və hesabatlılıq dövlət idarəçiliyinin əsas prinsipləridir.

   Mediatv.az

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026