Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (Bu gün, 13:17)
Prezident həmkarını təbrik etdi

 Azərbaycan Prezidenti İlham Əliyev Qambiya Prezidenti Adama Barrouya təbrik məktubu ünvanlayıb.

Mediatv.az  xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Qambiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Biz Azərbaycan ilə Qambiya arasında sağlam təməllər üzərində qurulmuş münasibətlərin inkişafına böyük əhəmiyyət veririk. Ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təsisatlar və platformalar çərçivəsində səmərəli əməkdaşlığını xüsusi qeyd etmək istərdim.

İnanıram ki, dostluq əlaqələrimizin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli qaydada əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu xoş fürsətdən istifadə edərək müqəddəs Ramazan ayının başlaması münasibətilə də səmimi təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Qambiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026