Karusel / Redaktor seçimi (Dünən, 22:41)
ADU ilə bağlı suallar böyüyür — rəsmi qurum niyə tələsik izahat verdi?
Bir müddət əvvəl Mediatv.az xəbər portalında "ADU akkreditasiyadan niyə keçə bilmədi -Kamal Abdulla üçün ciddi siqnal" sərlövhəli məqalə dərc olunmuşdu. Azərbaycan Dillər Universiteti ilə bağlı dərc olunan materialda ali təhsil müəssisəsinin akkreditasiya prosesi ətrafında yaranmış suallar və mümkün uyğunsuzluqlar gündəmə gətirilmişdi. Maraqlıdır ki, redaksiya tərəfindən heç bir rəsmi sorğu göndərilmədiyi halda, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən bu mövzu üzrə izahat xarakterli məktub daxil olub.Bu fakt özü-özlüyündə suallar doğurur: əgər hər şey qaydasındadırsa, niyə tələsik izahata ehtiyac duyuldu?
Məktubda bildirilir:“Hazırda qeyd olunan ali təhsil müəssisəsi ilə bağlı akkreditasiya prosesi üzrə aparılmış qiymətləndirmə ilə əlaqəli Akkreditasiya Komissiyası tərəfindən Yekun Hesabat hazırlanmaqdadır.” Bu cümlə açıq şəkildə bir həqiqəti təsdiqləyir — universitet üzrə qiymətləndirmə aparılıb,universitet artıq ciddi yoxlama mərhələsindən keçib,proses formal prosedurdan daha dərin araşdırma səviyyəsinə çatıb və proses sadəcə texniki mərhələdə davam edir. Yəni məsələ barədə əvvəlki yazıda vurğulanan “akkreditasiya prosesində problemlər və yoxlamalar” mövzusu tamamilə əsassız deyil.Rəsmi qurumun özü belə bir qiymətləndirmənin aparıldığını və yekun sənədin hazırlandığını bildirirsə, deməli proses adi formal mərhələdən kənara çıxıb və ciddi ekspertiza həyata keçirilib.
Redaksiya sorğu göndərmədiyi halda niyə cavab verildi?
Burada bir neçə ehtimal diqqət çəkir,mövzu ictimai rezonans doğurduğu üçün rektor tərəfindən "ötrülmüş mesaja" əsasən qurum tərəfindən informasiya boşluğunu doldurmağa çalışma və ya ictimai narahatlığın qarşısını almaq cəhdi də ola bilər. Akkreditasiya kimi həssas mövzularda yayılan məlumatların genişlənməsi təhsil sisteminə və rektora olan inamı sarsıda bilər. Ona görə də rəsmi mövqe əvvəlcədən açıqlanıb.
Dolayı təsdiq strategiyası...
Məktubda məlumat təkzib edilmir, sadəcə “yekun qərar yoxdur” vurğulanır. Bu yanaşma, əslində, prosesin mövcudluğunu qəbul edib nəticəni təxirə salmaq taktikasını xatırladır.Diqqət çəkən məqam odur ki,“Universitet akkreditasiyadan uğurla keçib” deyilmir.“Mediada yayılan məlumatlar yanlışdır” ifadəsi işlədilmir. Sadəcə yekun qərarın hələ verilmədiyi qeyd edilir.Əgər hər şey qaydasındadırsa, niyə bu qədər izahat ehtiyacı yaranıb?
Kamal Abdulla uzun illərdir universitetə rəhbərlik edir. Belə olan halda akkreditasiya prosesində ortaya çıxan mübahisəli məqamlar təbii olaraq rəhbərliyin məsuliyyəti məsələsini gündəmə gətirir.Əgər rəhbərlik hər şeyi normal hesab edirsə, niyə rəsmi qurum redaksiyamıza “rəsmi qərarı gözləyin” mesajı vermək məcburiyyətində qalıb?
Son olaraq qeyd edə bilərik ki,rəsmi məktubun dili ehtiyatlıdır, amma sətiraltı məzmunu aydındır, deməli proses var, qiymətləndirmə aparılıb və qərar hələ verilməyib. Bu isə redaksiyamıza daxil olmuş məlumatların, gündəmə gətirdiyi sualların tamamilə əsassız olmadığını göstərir.Kamal Abdullanın rəhbərlik etdiyi universitetlə bağlı akkreditasiya prosesi artıq sıradan texniki prosedur kimi görünmür. Rəsmi məktubun özü belə göstərir ki, qiymətləndirmə aparılıb və yekun hesabat hazırlanır — yəni ortada ciddi müzakirə olunan məsələ var. İndi əsas məsələ şəffaflıqdır. Çünki ali təhsil müəssisələrinin nüfuzu yalnız rəsmi qərarlarla deyil, ictimaiyyətə verdiyi açıq və dürüst cavablarla formalaşır.
Beləliklə, Akkreditasiya Şurasının qərarı gecikdikcə suallar azalmaq əvəzinə daha da artır...
Qarşı tərəfin cavab haqqını tanıyırıq
Davamı var
Mediatv.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026























